Icma.az
close
up
RU
Mediamızın yeni üzü təhlilçi, təsir gücü, informasiya hərbçisi

Mediamızın yeni üzü təhlilçi, təsir gücü, informasiya hərbçisi

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanın müstəqillikdən sonrakı ən strateji sahələrindən biri media siyasəti olub. Uzun illər regional çərçivədə görünən Azərbaycan mediası bu gün qlobal informasiya platformasında öz sözünü deyən aktora çevrilib. Təbii ki, bu dəyişiklik təsadüfi baş verməyib, ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Azərbaycan hər ölkə ilə onun dilində danışmağın nə demək olduğunu praktik olaraq sübut edir.

Bu siyasət son aylarda daha aydın görünəcək nəticələr verdi. Təkcə son bir ayın statistikası ölkənin media diplomatiyasının yeni fazasını nümayiş etdirir.

Bu müddət ərzində Euronews Azərbaycan təmsilçiliyi dünyaya ildırım kimi çaxdı. Proqram axını və kontent strategiyası yeniləndi.

D-8 qlobal media platformasının Bakıda Açılış və Təsis Təmsilçiliyi reallaşdı. Bu addım Azərbaycanın qlobal rəqəmsal media xəritəsində özünə ayrıca yer açması deməkdir.

Türk Dövlətləri Təşkilatının Media Forumu Bakıda keçirildi və bu Azərbaycanı türk informasiya məkanının koordinasiya mərkəzinə çevirdi.

Bu gün isə Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir. Forum ölkələrin qonşuluqdan informasiya müttəfiqliyi modelinə keçdiyini göstərir.

Bu tədbirlərin hər birinə Azərbaycan ev sahibliyi etdi. Ev sahibliyi isə təbii ki, tək coğrafi məna daşımır. Bu, aparıcılıq, gündəmin müəyyən edilməsi deməkdir ki, artıq beynəlxalq media çevrələri açıq şəkildə bunu etiraf edir.

Əslində, yalnız bir ayın statistikasına baxmaqla nəticələrin miqyasını təsəvvür etmək mümkündür. Əvvəllər media sahəsində səsimiz Biləcəridən o tərəfə keçmirdi ifadəsi reallığın təsviri idi. Bu gün isə Azərbaycanın səsi dünyanın müxtəlif siyasi mərkəzlərində eşidilir. Avropa mediası Azərbaycan mövqeyini görməyə başlayıb. Türk dünyası informasiya mühitində Azərbaycan açar roldadır. Qafqaz regionu üzrə media xəritəsində Bakı strateji mərkəzdir.

İnkişaf xronologiyasına diqqət etdikdə, birmənalı demək olar ki, bu, Azərbaycan mediasının özünü təmizləməsindən sonra mümkün oldu. 44 günlük Vətən müharibəsi media fəlsəfəsini yenidən müəyyənləşdirdi.

Müharibə hərbi qələbə ilə yanaşı informativ qalibiyyət idi. Azərbaycan həmin dövrdə ilk dəfə qlobal informasiya savaşını dövlət səviyyəsində idarə etdi. Media bu savaşdan sonra tamamilə başqa mərhələyə keçdi.

İndi isə sözümüzü tək deməklə kifayətlənmirik, həm də eşitdirə bilirik. Bu faktor dövlətin informasiya suverenliyinin ən vacib komponentidir.

Və bir də əsas isə odur ki, prosesdə Azərbaycanın gənc jurnalistləri görünür. Gənclər jurnalist olmaqla yanaşı parallel media strateqləri qismində çıxış edirlər.

Çünki indi jurnalist siyasəti yalınız yazı yazmaqla ölçülmür. Jurnalist artıq təhlilçi, təsir gücü, informasiya hərbçisidir.

Bu sahədəki proses həm də informasiya müharibəsinə hazırlığın mühüm hissəsidir. Gələcəyin daha mürəkkəb informasiya mühitində yalnız peşəkarlıq bizi qoruyacaq.

Bəli, ordumuz daha da güclənir, bu, ölkəmizin sərhəd təhlükəsizliyidir.

Diplomatiyamız daha da güclənir, bu, Azərbaycanın siyasi toxunulmazlığıdır.

Mediamız indi güclənir, bu isə, gələcək mümkün informasiya təhdidlərinə cavabdır. Əgər qarşıda informasiya hücumu olacaqsa, biz buna hazırıq. Əgər cavab verilməlidirsə, Azərbaycan bunu qlobal dildə bacaracaq.

Deyə bilərik ki, bu gün Azərbaycanın media siyasəti təsir diplomatiyasıdır. Dövlətimiz bu diplomatiyanın alətlərini sistemləşdirib. Dövlət mediası, özəl media və yeni media öz işini görür, indi onlar arasında koordinasiya var. Sosial media təsadüfi platforma ağırlığını itirir, strategiyanın seqmentinə çevrilir. Bütün bunlar çox ölkənin hələ də axtardığı mexanizmdir. Azərbaycan indi bunu tətbiq edir.

Və bütün bunlardan sonra belə bir qənaət formalaşır ki, Azərbaycan informasiya məkanında oyunun qaydalarını bilən, qaydaları tətbiq edən tərəfdir və bəzi sahələrdə qaydaları müəyyən edən aktordur.

Sadaladıqlarımız faktın təsviridir. Azərbaycanın media siyasəti artıq qlobal informasiya dövriyyəsinin tərkib hissəsidir. Bu siyasətin əsas məqsədi ölkənin sözünü hər yerdə, hər dildə, hər platformada deyə bilmək prinsipi üzərində qurulub.

Dünən səsimiz lokal idi, bu gün isə qlobal miqyasdadır. Görünən budur ki, Azərbaycan media siyasətində öz sözünü deyir və o sözü həm də elə deyir ki, dediyi söz eşidilir. Bu məqam 21-ci əsrin informasiya dövründə ən böyük strateji üstünlükdür.

MODERN TƏHLİL VƏ ARAŞDIRMA QRUPU

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri