Icma.az
close
up
RU
Medianın inkişafı dayanıqlı inkişafa aparan islahatların nəticəsidir

Medianın inkişafı dayanıqlı inkişafa aparan islahatların nəticəsidir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan milli mətbuatının təməlini qoymuş “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşrindən 150 il ötür. Bu əlamətdar tarix ölkəmizdə hər il 22 iyulda Milli Mətbuat Günü kimi qeyd olunur. Həsən bəy Zərdabinin təşəbbüsü ilə 1875-ci il iyulun 22-də nəşrə başlayan “Əkinçi” qəzeti Azərbaycan dilində çıxan ilk milli mətbuat nümunəsi kimi tariximizdə silinməz iz qoydu. Qəzetin əsas məqsədi xalqı maarifləndirmək, milli oyanışı gücləndirmək və cəmiyyətin tərəqqisinə töhfə vermək idi.

Həsən bəyin qələmə aldığı yazılar və maarifçi baxışları sayəsində “Əkinçi” qısa zamanda həm ziyalılar, həm də xalq arasında böyük nüfuz qazandı. Təəssüf ki, bu işıq mənbəyi uzunömürlü olmadı. Çar Rusiyasının senzura siyasəti qəzetin fəaliyyətini cəmi 56 saydan sonra dayandırdı. Amma onun qısa ömrü milli mətbuatımız üçün əbədi nümunəyə və istiqamətverici yol xəritəsinə çevrildi.
XX əsrin əvvəllərində “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Füyuzat”, “Molla Nəsrəddin”, “İrşad”, “Tərəqqi”, “Açıq söz” kimi onlarla nəşr Azərbaycan milli mətbuatının yeni mərhələsinə keçid etdi. Anadilli mətbuatın inkişafı milli özünüdərk, istiqlal ideyaları və azadlıq düşüncəsinin geniş yayılmasına xidmət göstərdi.
Azərbaycan mətbuatının müasir mərhələsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra başlanmış sistemli islahatlarla səciyyələnir. Bu islahatlar təkcə mətbuatın azad fəaliyyətinə imkan yaratmadı, eyni zamanda dayanıqlı informasiya cəmiyyətinin qurulmasının əsasını qoydu.
1993-cü ildən başlayaraq ölkənin ictimai-siyasi həyatında həyata keçirilən dərin və çevik islahatlar medianın inkişafına da birbaşa təsir göstərdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran bütün süni əngəllər aradan qaldırıldı. 1998-ci ilin avqustunda KİV üzərində dövlət senzurasının ləğvi bu sahədə atılmış ən mühüm və cəsarətli addımlardan biri oldu.
Bu qərar təkcə texniki dəyişiklik deyildi, həm də siyasi iradənin, demokratiyaya və azad mətbuata olan inamın təzahürü idi. Bu addımla Azərbaycan regionda azad media prinsiplərini qanunvericilik və icra müstəvisində tanıyan ilk ölkələrdən birinə çevrildi.
Ulu Öndər Heydər Əliyev milli mətbuatın ictimai inkişafdakı rolunu yüksək qiymətləndirərək deyirdi:
“Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də mətbuatın milli maraqların qorunmasındakı rolunu xüsusi vurğulayıb: “Bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm".
Xüsusilə son illərdə ölkə başçısının təşəbbüsü ilə media sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir, jurnalistlərin peşəkarlığının artırılması və sosial təminatı sahəsində ardıcıl addımlar atılır.
2022-ci ildən ard-arda Milli Mətbuat Günü Qarabağın tacı Şuşada qeyd olunmağa başladı. Prezident İlham Əliyevin bu münasibətləki təbrikində deyilir: “Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan Şuşada qeyd edirlər. Bu tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır.” Yaxın keçmişə nəzər salanda görürük ki, Ulu öndər Heydər Əliyevin dövründə medianın fəaliyyəti üçün hüquqi baza da ardıcıl şəkildə formalaşdırıldı. “Kütləvi informasiya vasitələri haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və digər qanunlar qəbul edildi. Bu qanunvericilik aktları jurnalistlərin hüquqlarını təmin etməklə yanaşı, medianın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə də xidmət etdi.
Bununla yanaşı, vətəndaş cəmiyyətinin inkişafında medianın rolu da getdikcə artdı. Cəmiyyətin informasiya ilə təmin olunması, ictimai rəyin formalaşdırılması, dövlət və xalq arasında kommunikasiyanın qurulmasında medianın təsiri gücləndirildi.
Media nümayəndələri Ulu Öndəri həmişə “jurnalistlərin dostu” kimi yad edirlər. Onun mətbuata verdiyi dəyər, jurnalistlərin söz və peşə azadlığının təminatı üçün yaratdığı şərait bu sahədə sabit və mütərəqqi bir mühitin formalaşmasına səbəb oldu. Müharibə şəraitində belə, mətbuatın azadlığının təmin olunması Heydər Əliyev dövlətçiliyinin əsas sütunlarından biri idi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafı üzrə islahatlar uğurla davam etdirilir. Medianın strukturlaşdırılması, müasir tələblərə uyğunlaşdırılması, media subyektlərinin qeydiyyatı və şəffaflaşdırılması, eyni zamanda jurnalistlərin rifah halının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Ölkə başçısının bu sahəyə ayırdığı diqqət nəticəsində Azərbaycan mediası təkcə ölkədaxili deyil, beynəlxalq səviyyədə də daha güclü və rəqabətqabiliyyətli hala gəlməkdədir. Medianın Şuşada bayram etməsi, Qarabağdan sülh və inkişaf mesajları verməsi, yeni mərhələyə keçidin ən parlaq göstəricisidir.
Azərbaycan Respublikasında mətbuat azadlığının təmin olunması və inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Müstəqilliyimizin bərpasından sonra söz və mətbuat azadlığının konstitusion əsaslarla təsbit olunması, bu sahədə həyata keçirilən islahatlar və dövlət başçısının siyasi iradəsi milli medianın keyfiyyətcə yeni mərhələyə keçidini təmin etmişdir.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində Azərbaycanda mətbuat azadlığı prinsipləri bərqərar olunmuş, senzura ləğv edilmiş, kütləvi informasiya vasitələrinin inkişafına sistemli şəkildə dövlət dəstəyi göstərilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul olunmuş “Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” bu sahədə strateji yol xəritəsi rolunu oynamışdır.
Dövlət başçısının ifadə etdiyi kimi, müasir Azərbaycan mediası informasiya cəmiyyəti quruculuğunda, milli həmrəyliyin möhkəmləndirilməsində, şəffaflıq və sosial ədalətin təminində, milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynamalıdır. Peşəkarlıq, obyektivlik və yüksək vətənpərvərlik prinsiplərinə sadiqlik medianın əsas davranış kodeksi kimi qəbul olunur.
Azərbaycan mediası üçün hüquqi-normativ bazanın təkmilləşdirilməsi məqsədilə 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış fərmanla Medianın İnkişafı Agentliyi yaradılmışdır. Bu, çap və onlayn medianın dayanıqlı inkişafı, iqtisadi müstəqilliyin gücləndirilməsi, jurnalistlərin sosial rifahı və ümumilikdə media sektorunun müasirləşdirilməsi istiqamətində mühüm addım olmuşdur.
2021-ci il dekabrın 30-da qəbul olunmuş “Media haqqında” Azərbaycan Respublikası Qanunu isə media sahəsində təşkilati, hüquqi və iqtisadi mexanizmləri sistemləşdirərək, medianın informasiya təhlükəsizliyi, peşə etikası və rəqabət qabiliyyətinin gücləndirilməsi sahəsində yeni tənzimləmə modelini formalaşdırmışdır.
Dövlət tərəfindən media subyektlərinə bir sıra vergi güzəştləri və maddi yardımlar təqdim edilmişdir. 2023-cü ildən etibarən media subyektləri reklam və digər media gəlirlərinə görə gəlir və ƏDV-dən 3 il müddətinə azad edilmiş, jurnalistlərə isə güzəştli ipoteka krediti almaq hüququ verilmişdir.
Milli mətbuatın yubileylərinin qeyd olunması (125, 130, 135, 140 və 145 illik), Prezidentin 2025-ci ildə təsis etdiyi “Azərbaycan milli mətbuatının 150 illiyi” yubiley medalı, media tariximizə verilən yüksək dəyərin və nəsillərarası varisliyin bariz nümunəsidir. Eyni zamanda, Türkiyə ilə imzalanmış media sahəsində strateji əməkdaşlıq memorandumu, Şuşada keçirilən Qlobal Media Forumları, Azərbaycan mediasının beynəlxalq aləmdə nüfuzunun artmasına xidmət edir.
44 günlük Vətən müharibəsi dövründə media orqanlarımız cəbhədəki reallıqları, hərbi uğurları və dövlət mövqeyini dünya ictimaiyyətinə çatdırmaqla informasiya müharibəsində əsas silahlardan birinə çevrildi. Bu gün də postmünaqişə dövründə medianın Qarabağla bağlı həqiqətləri yaymaq missiyası davam edir.
Azərbaycan jurnalistləri milli dəyərlərin daşıyıcısı, vətəndaş məsuliyyəti ilə hərəkət edən maarifçi və cəmiyyətin tərəqqisinə xidmət edən bir qüvvə kimi çıxış edirlər. Medianın cəmiyyətdə demokratiyanın inkişafına, vətəndaş cəmiyyətinin formalaşmasına verdiyi töhfə danılmazdır. Söz və mətbuat azadlığı Azərbaycanda demokratiyanın fundamental şərti kimi qəbul olunur.
Azərbaycan dövləti mətbuatın azadlığı və inkişafı sahəsində ardıcıl və məqsədyönlü siyasət yürüdür. İnformasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma, süni intellektin mediaya təsiri və dezinformasiyaya qarşı mübarizə çağırışları Azərbaycan mediasının qarşısında yeni vəzifələr qoyur. Bu vəzifələrin yerinə yetirilməsi üçün isə möhkəm hüquqi baza, dövlət dəstəyi və yüksək peşəkarlığa malik jurnalist kadrlar artıq formalaşdırılmışdır.
Azərbaycanda həyata keçirilmiş media islahatları yalnız informasiya azadlığının təmin olunması ilə kifayətlənməmiş, həm də dayanıqlı inkişaf və vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi üçün mühüm əsaslar yaratmışdır. Bu gün qeyd etdiyimiz Milli Mətbuat Günü təkcə peşə bayramı deyil, həm də milli azadlıq, söz hüququ və cəmiyyətin tərəqqisi yolunda mətbuatın şərəfli missiyasının simvoludur.
Mətbuat yalnız informasiya ötürən vasitə deyil, eyni zamanda milli dövlətçiliyin dayağı, ictimai rəyin formalaşdırıcısı və milli maraqların qoruyucusudur.
Tarixi “Əkinçi”dən başlayıb müstəqil Azərbaycan dövründə yeni mərhələyə qədəm qoyan milli mətbuatımızın yolu zəhmət və mübarizə ilə doludur. Bu yolun hər səhifəsində xalqına, dövlətinə, həqiqətə xidmət edən jurnalistlərin əməyi var.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 18 İyul 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see242

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see210

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see188

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see174

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see172

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see168

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see159

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see148

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see141

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see139

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see138

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri