Icma.az
close
up
RU
Mediasiya ilə bağlı qanun dəyişir

Mediasiya ilə bağlı qanun dəyişir

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Mediasiya ilə bağlı qanunvericiliyə dəyişiklik olunur.

“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Mediasiya haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, 36.7-ci maddədə nəzərdə tutulmuş hal istisna olmaqla, tərəflərin hüquq və vəzifələrinə mediasiya xərclərinin ödənilməsi əlavə olunub.

Qeyd edək ki, həmin maddəyə əsasən, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan hər hansı tərəfin mediasiya xərclərinin ödənilməsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Bununla yanaşı, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 (üç) il (mediasiya prosesinin tətbiqi barədə müqavilənin bağlanıldığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq-mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), vəkillik və notariat fəaliyyətinə xitam verilmiş şəxslər mediator ola bilməzlər.

Bununla yanaşı, mediator fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki şəxslərin istifadəsində ən azı iki otaqdan ibarət Mediasiya Şurası tərəfindən müəyyən edilən tələblərə cavab verən ofisi olmalıdır.

Digər dəyişikliyə əsasən isə, mediatorların ilki hazırlığı üzrə təlimi bitirmiş şəxslərə verilən sertifkatın qüvvədə olma müddəti beş il olacaq. 

Eyni zamanda, mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.

Təklif olunan digər dəyişikliyə əsasən isə, tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edəcək. Tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun adı və ya mediasiya təşkilatı göstərilməyibsə və tərəflər öz aralarında bir tərəfin müraciəti üzrə 7 (yeddi) gün ərzində mediator ya da mediasiya təşkilatı barədə razılığa gələ bilmirsə, mediasiya prosesi tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə Mediasiya Şurası tərəfindən həmin şəhər və ya rayon üzrə müəyyən edilən və həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılacaq.

Qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib. 

Nuranə Daxilqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 Aprel 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri