Mediasiya Şurasının 4 nümayəndəsi Çində sertifikat alıb
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında insan resurslarının inkişafı sahəsində əməkdaşlıq çərçivəsində təşkil olunan beynəlxalq seminarlarda iştirak edən Azərbaycan Respublikasının Mediasiya Şurasının üzvləri, mediatorlar Nəsimi Mirzəyev, Bahadır Muradov, Tural Məmmədov və Xəlil Süleymanlı təlim proqramlarını uğurla başa vuraraq iştirakçı sertifikatları ilə təltif olunublar.
Newscenter.az xəbər verir ki, Çin Xalq Respublikasının müxtəlif şəhərlərində keçirilən seminarlar çərçivəsində nümayəndələrimiz müasir idarəetmə, beynəlxalq əməkdaşlıq, mübahisələrin alternativ həlli mexanizmləri və digər aktual mövzular üzrə nəzəri və praktiki biliklər əldə etmiş, müxtəlif ölkələrdən olan iştirakçılarla təcrübə mübadiləsi aparıblar.
Qeyd edək ki, bu cür beynəlxalq təlim və seminarlar mediatorların peşəkar inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və mediasiya sahəsində qabaqcıl yanaşmaların tətbiqinə mühüm töhfə verir. Mediasiya Şurası gələcəkdə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi və mediatorların peşəkar potensialının artırılması istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Mediasiya Şurasının daha iki əməkdaşı Çində sertifikat alıb
11 İyun 2026 15:11
Mediasiya Şurasının nümayəndələri Çində beynəlxalq seminarlarda iştirak edir
18 İyun 2026 12:29
Mediasiya Şurasının əməkdaşları Çində beynəlxalq seminarlarda iştirak edirlər
28 May 2026 14:42
Mediasiya Şurasının üzvləri Çində beynəlxalq seminarda iştirak edirlər
29 May 2026 13:05
Mediasiya Şurasının hüquqları artırılır
22 Aprel 2025 13:03
Baxış sayı:131
Bu xəbər 04 İyun 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















