Icma.az
close
up
RU
Medvedev Britaniyanı hədələyir “Britaniya cinayət törədib və biz...”

Medvedev Britaniyanı hədələyir “Britaniya cinayət törədib və biz...”

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın sabiq prezidenti və hazırda Təhlükəsizlik Şurası sədrinin müavini olan Dmitri Medvedev Böyük Britaniyaya qarşı sərt bəyanatla çıxış edib. O, Londona xəbərdarlıq edərək bildirib ki, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya hərbi yardım üçün istifadəsinə görə, Böyük Britaniya Krallığının dəyərli əmlakları geri alına bilər.

Medvedev “Telegram” kanalında yazıb: “Britaniya Rusiyaya məxsus dondurulmuş aktivlərdən 1,3 milyard dolları Ukraynaya göndərib. Bu, ingilis axmağı Lammy tərəfindən təsdiqlənib. Bu isə bir həqiqəti göstərir: Britaniya oğruları Rusiyanın pulunu neonasistlərə verib. Nəticə? Britaniya cinayət törədib və biz – hüquqşünasların dediyi kimi – bu ölkəyə və hazırkı Bandera Ukraynasına qarşı iddia qaldırmaq hüququna malikik”.

Medvedev əlavə edib ki, bu vəsaitlərin məhkəmə yolu ilə geri alınması real deyil və Rusiyanın “əldə edilmişləri təbii yolla qaytarmaqdan” başqa çıxış yolu yoxdur.

O, buna misal olaraq “ukraynalı torpaqları” və həmin ərazilərdə yerləşən daşınmaz və hərəkətli əmlakı göstərib: “Yeni regionlar artıq bizimdir”.

Qeyd edək ki, Medvedevin bu açıqlaması Böyük Britaniyanın müdafiə naziri Con Hillinin Kiyevə səfəri və Ukraynaya 1 milyard funt sterlinqdən artıq hərbi yardım paketi təqdim etməsindən sonra verilib. Bu yardım çərçivəsində yüz minlərlə artilleriya sursatı, yüzlərlə zenit raketi və hərbi texnika üçün ehtiyat hissələr,  hərbi avadanlığın və nəqliyyat vasitələrinin təmiri üçün yeni müqavilələr təqdim olunub.

Bu məlumatlar Britaniyanın rəsmi hökumət saytında açıqlanıb.

Hazırda Avropa və G7 ölkələrində Rusiyaya məxsus 210–220 milyard avro dəyərində aktiv dondurulub. Bu vəsaitlərin böyük hissəsi dövlət ehtiyatlarıdır və əsasən Belçikanın “Euroclear” platformasında saxlanılır. Digər ölkələr üzrə göstəricilər belədir:

* Böyük Britaniya – 26 milyard avro,

* Fransa – 19 milyard avro,

* Almaniya – 210 milyon avro,

* Xüsusi biznes və şirkət aktivləri – 24 milyard avro.

Avropa İttifaqı bu aktivlərdən əldə olunan gəlirin bir hissəsini Ukraynaya yönəldir. Təkcə 2025-ci ilin ilk yarısında Kiyev bu mənbədən 10 milyard avrodan çox vəsait alıb.

Xatırladaq ki, avqustun 30-da Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bəyan etmişdi: “Rusiya, Ukraynaya reparasiya ödəmədikcə, bu aktivləri geri ala bilməyəcək”.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri