“Məğlubiyyət hardasa gözlənilən idi” 2:9 a reaksiya
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Futzal yığmamız cümə günü AÇ-2026-nın əsas mərhələsində növbəti oyununu keçirib. Vitali Borisovun rəhbərlik etdiyi komanda səfərdə Xorvatiya yığması ilə üz-üzə gəlib. Oyun meydan sahiblərinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqovun bu darmadağınla bağlı fikirlərini öyrəndik:
“Məğlubiyyət hardasa gözlənilən idi. Millimiz yenidən qurulur. Gənc oyunçularımız çoxdu. Yığma sırf yerli oyunçulardan qurulur. Bir qədər çətinlik olacağını hamımız düşünürdük. Təcrübə artdıqca komandamız qalib gəlməyə başlayacaq. Xorvatiya millisi ilk “10-luq”da qərarlaşan yığmadı. Böyükhesablı məğlubiyyət acınacaqlı oldu. Güman edirəm ki, Yunanıstanla oyunda millimiz xarakter göstərər, əsl gücünü ortaya qoyub meydandan qalib ayrılar”.
ƏSƏD SEYİDOV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 03 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















