Icma.az
close
up
RU
Bir fincan sükut Şahanə Müşfiq yazır

Bir fincan sükut Şahanə Müşfiq yazır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Şahanə MÜŞFİQ

...Bu şəhər danışmaqdan yorulmur. Ətrafımızda səslər bir-birinə qarışır; yollar boyunca şütüyən avtomobillərin gurultusu, telefon bildirişləri, klaviaturanın qulaqbatıran çıqqıltısı, durmadan yel kimi qanadlanan saat əqrəbləri, yetişdirməyə çatdırdığın bir yığın iş, bir qalaq məsuliyyət, insan seli kimi axan statuslar, xəbərlər, sözlər... Bu hay-küy içində isə bir səs gedərək itib-batır: içimizdəki o səs.

Bəlkə də biz ən çox özümüzü dinləməyə acıq. Bəlkə də ən çox özümüzə möhtacıq. Hər gün başqalarının fikirləriylə, gündəmin sürətiylə, ekranların parıltısıyla yoğruluruq. Gözümüz axtarır, qulağımız eşidir, dilimiz danışır. Bəs qəlbimiz? O haradadır? Nə deyir, nə düşünür?

İnsan içindəki dünyaya çox zaman yalnız sakitlikdə çatır. O sakitlik ki, nə pıçıltıdır, nə də səssizlik, xüsusi bir haldır. Ruhun bir azca dayanıb nəfəs aldığı o an. Və çox vaxt bu halı biz bir fincan çayda tapırıq, ya da nə təsadüfdürsə, həmin an "yoldaşımız" o bir fincan çay olur...

Bəli, bir fincan çay. O da hər şey kimi sadələşdirilib: kafe menyusundə bir seçim, iş fasiləsində vərdiş, adət xatirinə içilən içki. Amma əslində, çay bəzən bir nəfəsdir. O dəmlənən zamanla birlikdə içimiz də dəmlənir. Qaynar suyun yarpaqlara toxunduğu kimi, hüzur da ruhumuzun yorğun nöqtələrinə toxunur. Sükutla içilən çay insanı özü ilə, öz "mən"i ilə baş-başa qoyur.

O anlarda dünyanın ritmi də bir az yavaşlayır sanki. Tələsik addımlar dayanır, gərgin fikirlər kənara çəkilir, narahatlıq öz yerini bir anlıq da olsa hüzura verir. İnsan öz ruhunun qapısını aralayır və içəridə unudulmuş qalaq-qalaq duyğularla qarşılaşır. Bir az yorğunluq, bir az minnətdarlıq, bir az da cavabsız suallar.

Hər şeyin çox olduğu bu dövrdə - çox informasiya, çox danışıq, çox plan, çox məsuliyyət, çox səs - bəlkə də bizə çatmayan tək şey sadəcə azlıqdır. Az danışmaq, az paylaşmaq, az qaçmaq, az gözləmək. Bir az da daxilimizə baxmaq. Öz içində oturub bir fincan çay içmək. Heç kimə, heç nəyə tələsmədən. Heç nəyi heç kimə sübut etmədən. Heç nəyi, heç kimi gözləmədən...

Axı insanın özüylə barışması bir anda olmur. Bu, zamanla, səbrlə, ən çox da səssiz anlarla, daxili hüzurla baş verir. O səssizlik ki, bir musiqi kimidir; biz ona qulaq asdıqca içimizdəki sözlər canlanmağa, bütün ruhumuzu ələ keçirməyə başlayır.

Sükutdan qorxmaq lazım deyil. O, daxili "mən"imizin nəfəs almağa çalışdığı, "danışmağa" başladığı yerdir. Ora gedə bilmək üçün bəzən sadəcə bir fincan çay kifayətdir. İsti və ətirli çaydan gözəl yol yoldaşı varmı ki?!

Əgər bir gün hər şey ağır gələrsə, sanki özünü itirmiş kimi hiss edərsənsə, ətrafındakı səslər təkcə qulaqlarını deyil, ruhunu da yorarsa, çox uzağa getmə, sadəcə dayan. Özün üçün bir çay dəmlə. O buxarın içində bəlkə də ən çox ehtiyac duyduğun şeyi tapacaqsan: səssiz, sakit və sənin olan bir dünya.

Elə o an anlayacaqsan: bəzən insana sadəcə bir fincan sükut kifayətdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri