Icma.az
close
up
RU
Xaliq Faiqoğlu daha iki marşrut üzrə müsabiqənin qalibi oldu

Xaliq Faiqoğlu daha iki marşrut üzrə müsabiqənin qalibi oldu

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini "Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili və "Elmlər Akademiyası” metrostansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, 71 və 206 nömrəli marşrutlar üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Qeyd edək ki, müsabiqələrin nəticələrinə əsasən, 71 nömrəli marşrut üzrə istismar ediləcək 10 nəqliyyat vasitəsi 2025-ci il istehsalı olan müasir avtobuslardır.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see202

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see180

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see163

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see156

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see152

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see152

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see151

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see149

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri