Icma.az
close
up
RU
Mehdiyev haqda yeni məlumat yayıldı müəmmalı keçmişi, şübhəli milli kimliyi...

Mehdiyev haqda yeni məlumat yayıldı müəmmalı keçmişi, şübhəli milli kimliyi...

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış naxçıvanlılar Ramiz Mehdiyevin milli kimliyi barədə ziddiyyətli açıqlamalar yayır. Şərur rayonundan olan jurnalist Fərəməz Novruzoğlu sosial şəbəkədə Mehdiyevin şəcərəsini paylaşaraq onun babalarının, yaxın qohumlarının adlarını çəkib. Jurnalist onun azərbaycanlı olduğunu iddia etdiyi halda, naxçıvanlı siyasi şərhçi Heydər Oğuz bir müddət əvvəl əksinə, onun erməni əsilli olması barədə məlumat yayıb. Londonda mühacirətdə yaşayan Qurban Məmmədov isə AzerFreedom kanalında həm Mehdiyevin, həm də qohumlarının erməni olması barədə daha da sərt iddialar səsləndirib. Bu ziddiyyətli məlumatlar fonunda həqiqətin nə olduğu müəmmalı qalır.

Rəsmi qurumlar Mehdiyevin milli kimliyi haqda məsələyə aydınlıq gətirməlidir? Erməni olduğu isbatlansa, vaxtilə onun rəhbər vəzifədə çalışması cinayət sayıla bilərmi?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, bir vətəndaşın qanun və konstitusiyada qadağan edilən hərəkətlərə yol verməsinin onun milli mənsubiyyəti ilə heç bir əlaqəsi yoxdur:

“Necə ki, bütün ermənilər cinayətkar sayıla bilməzsə, bütün azərbaycanlıları da qanuna hörmət edən insanlar kimi təqdim etmək olmaz. Burada əsas müzakirə mövzusu Ramiz Mehdiyevin milli kimliyi deyil, onun Azərbaycan dövlətinin yaxın tarixində oynadığı mənfi roldur. Azərbaycanın siyasi sistemində uzun illər onun təsiri altında formalaşmış kadrlar ölkənin resurslarını dağıdıb, dövlət büdcəsini talayıb, islahatlara imkan verməyib və özəlləşdirmə prosesində dövlətə ciddi zərbə vurublar. Danışılmalı olan məhz bu fəaliyyətdir, yoxsa onun hansı millətə mənsub olması yox.

Sərdar Cəlaloğlu

Azərbaycan tarixində repressiya siyasətində həm ermənilər, həm də azərbaycanlılar iştirak edib. Buna görə də yalnız milli kimlik üzərindən ittiham qurmaq doğru deyil. Hazırda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində kiminsə cinayətini onun erməni olması ilə əlaqələndirmək xüsusilə yanlışdır. Axı, azərbaycanlılar arasında da xəyanət edən, öz xalqının maraqlarını satan və ya xarici dövlətlərə xidmət göstərən şəxslər olub”.

Sərdar Cəlaloğlu qeyd edib ki, Ramiz Mehdiyevin fəaliyyətinə qiymət verərkən milli mənsubiyyətini arqument kimi istifadə etmək düzgün yanaşma deyil:

“Məsələn, erməni əsilli Filip Ekozçyan Azərbaycan tarixinin təbliğində və ermənilərin saxtakarlıqlarının ifşasında bir çox alimlərimizdən daha böyük işlər görüb. Onun erməni olması bu xidmətinə kölgə sala bilməz. Əksinə, elə Azərbaycan alimləri də olub ki, tarixi saxtalaşdıraraq “Albaniya erməni dövlətidir” kimi iddiaları müdafiə ediblər.

Biz millətçi və ya şovinist mövqedə dayanmadığımız üçün insanların əməlini milli kimliyinə görə deyil, gördüyü işlərə əsasən qiymətləndirməliyik. Ramiz Mehdiyev PA rəhbəri kimi 30 il ərzində Rusiyadan aldığı tapşırıqlar əsasında həyata keçirdiyi siyasətə görə ittiham olunur. Bir insan erməni də ola bilər, lakin Azərbaycan dövlətinə xidmət edə bilər. Eynilə, yəhudi əsilli Albert Aqarunov Azərbaycan uğrunda döyüşərək Milli Qəhrəman adını qazanıb. Milli mənsubiyyət onun vətəndaşlıq borcunu yerinə yetirməsinə mane olmayıb. Ermənistanda atası azərbaycanlı olan şəxslərin bizə qarşı döyüşməsi də məlumdur. Qanunvericiliyə görə atasının milliyyətinə əsasən o, azərbaycanlı sayılsa da, bu, onun siyasi davranışını müəyyən etməyib. Bu gün kiminsə erməni mənşəyini qabartmaqla, əslində, Azərbaycan-Ermənistan sülh prosesində səmimiyyətimizə dair şübhə yaradırıq. Ona görə də bu mövzunu gündəmdən çıxarmaq, məsələyə etnik yox, siyasi qiymət vermək lazımdır. Etnogenetik müzakirələr bu kontekstdə gülünc görünür”.

Hüquqşünas Ellada Bayramova isə bildirib ki, qanunvericiliyə əsasən, milli mənsubiyyət şəxsi məlumatdır:

Ellada Bayramova

“Fərdi məlumatlar haqqında” Qanunun 2 və 5-ci maddələrinə uyğun olaraq belə məlumatlar yalnız şəxsin özünün razılığı ilə açıqlana bilər. Dövlət qurumlarının şəxsin milli mənsubiyyəti barədə arayış verməsi qanunla qadağandır. Daxili İşlər Nazirliyi, ASAN Xidmət, Dövlət Statistika Komitəsi və digər qurumlar hər hansı şəxsin milli kimliyi barədə məlumatı üçüncü şəxsə və ya mediaya təqdim edə bilməz. Bu, şəxsi məlumatların qanunsuz yayılması hesab olunur.

Milli mənsubiyyət dövlət vəzifəsi tutmağa mane deyil. Konstitusiyanın 25-ci maddəsinə görə, hamı irqi və etnik mənsubiyyətindən asılı olmayaraq bərabərdir. 56-cı maddədə isə deyilir: dövlət idarəçiliyində iştirak hüququ etnik mənsubiyyətə görə məhdudlaşdırıla bilməz. Deməli, şəxs erməni, rus, gürcü, avar və ya digər etnik mənsubiyyətə aid ola bilər”.

Hüquqşünas əlavə edib ki, əsas meyar etnik mənsubiyyət yox, dövlətə sədaqətdir:

“Konstitusiyanın 54-55-ci maddələrinə əsasən, dövlət qulluğu və təhlükəsizlik sahəsində əsas meyar dövlətə sədaqət, dövlət sirrini qorumaq, düşmən dövlətə xidmət və casusluq etməmək, dövlət əleyhinə fəaliyyət göstərməməkdir. Qanun düşmənçiliyi etnik kimliyə görə deyil, faktiki fəaliyyətə görə qiymətləndirir”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri