Icma.az
close
up
RU
Kütləvi həbslər başladı: “Mehdiyev işi” haqda yeni detallar 2022 ci ildə müəmmalı şəkildə...

Kütləvi həbslər başladı: “Mehdiyev işi” haqda yeni detallar 2022 ci ildə müəmmalı şəkildə...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində Dövlət Gömrük Komitəsinin bir neçə vəzifəli şəxsi saxlanılıb. Komitənin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə, İdarənin Liman Məntəqəsinin rəisi Fərid Usubov saxlanılanlar arasındadır. Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov da həbs edilib.

Globalinfo.az Dövlət Gömrük Komitəsində baş verən kütləvi həbslərlə bağlı siyasi şərhçi Elçin Alıoğlu ilə müsahibəni təqdim edir:

– Elçin bəy, Dövlət Gömrük Komitəsində kütləvi həbslərin arxasında nə dayanır?

– Bu, antikorrupsiya idarəsinin apardığı əməliyyatlardır. Burada “kütləvi həbslər” ifadəsini işlətmək emosional yanaşma olardı. Məsələ ondadır ki, Dövlət Gömrük Komitəsində mütəmadi yoxlamalar aparılır. Əgər bunun arxasında qərəz və məqsəd yoxdursa, görülən işlər Azərbaycan qanunvericiliyi çərçivəsindədir.

Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı əməliyyatlar çərçivəsində dəniz nəqliyyatı sektorunda bir sıra vəzifəli şəxslər həbs olunub. Dəniz limanının rəisi Fərid Usubova qanunsuz siqaret qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülüb. Paralel olaraq, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov 2 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur. Gömrük Komitəsinin digər əməkdaşları – Zaur Həşimov, Fərrux Haqverdiyev və Fariz Məhərrəmov da saxlanılanlar arasındadır.

– Gömrük Komitəsində hansı problemlər var?

– Son vaxtlar Gömrük Komitəsində büdcə daxilolmaları ilə bağlı müəyyən problemlər müşahidə olunur. Gömrük rüsumlarının toplanması və sənədləşməsində bölgə əməkdaşları tərəfindən vəzifə səhlənkarlığı halları baş verir. Eyni zamanda, vətəndaşların bu qurumla bağlı şikayətləri səngimək bilmir.

Dövlət Gömrük Xidmətində əsaslı yoxlamalardan çox, əsaslı islahatlara və yenidənqurmaya ehtiyac var. Korrupsiya elementlərinin çox olması barədə şikayətlər daxil olur. Bunlar nəzərə alınaraq addımlar atılır. Çünki korrupsiyaya göz yummaq, xüsusən də ölkəyə daxil olan və çıxarılan məhsulların gömrük rəsmiləşdirilməsi zamanı büdcəyə zərər vurulması yolverilməzdir.

Azərbaycanın qeyri-neft sektoru inkişaf edir, enerji hasilatı isə geoloji səbəblərdən azalır. İnzibati və geosiyasi proseslər, o cümlədən Ukrayna müharibəsi, ABŞ-ın bazara daha çox neft çıxarması, Rusiya və İrana tətbiq edilən sanksiyaların sərtləşdirilməsi – qlobal enerji bazarına təsir göstərir. Rusiya müharibədən sonra ən aşağı neft satışını qeydə alıb və təqribən 50 milyard dollar büdcə itkisi ilə üzləşib.

Bu reallıqlar fonunda gömrük xidmətinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti daha da artır. Ona görə də gömrükdə aparılan təftiş və nəzarət tədbirləri qaçılmazdır. Əgər struktur islahatları aparılmazsa, məsuliyyət daşıyan şəxslərin sayı artacaq.

– Mətbuatda bu əməliyyatların Ramiz Mehdiyev işi ilə əlaqələndirildiyi iddia olunur. Gömrük xidməti generalı olan Telman Mehdiyevin də adı hallanır. Telman Mehdiyev ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur.

– Telman Mehdiyev gömrük sistemində düşünülən qədər geniş təsir imkanlarına malik deyil. Ona qarşı irəli sürülən ittihamlar sırasında müxtəlif məqamlar var. Məsələn, onun “EuroHome” ticarət mərkəzinin sahibi olduğu iddia edilir. Telman Mehdiyevin Ramiz Mehdiyevlə qohumluğu barədə deyilənlərin də bioloji əsasları yoxdur – çünki Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa bir ailədə keçirib.

Telman Mehdiyev uzun illər gömrük sistemində yüksək vəzifələrdə çalışıb. 2020–2021-ci illərdə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. 2022-ci ildə Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsinin rəisi olub. Bu qurum xüsusilə strateji yüklərə, dəniz daşımalarına və neft ticarətinə nəzarət edir.

Bir sıra məlumatlara görə, o, Ramiz Mehdiyevin göstərişləri əsasında sahibkarlara qarşı təzyiq mexanizmlərində rol oynayıb. 2022-ci ildə Səfər Mehdiyevin əmri ilə vəzifədən azad edilib və Qərb Baş Gömrük İdarəsinin rəisi təyin olunub, lakin bu vəzifədə də çox qalmayıb. Səfər Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan sonra Telman Mehdiyev də pensiya yaşına çatması əsas göstərilərək istefaya göndərilib. Yəni o, bir növ himayəsiz qalıb.

“EuroHome” məsələsi isə ayrıca araşdırılmalıdır. 2022-ci ildə müəmmalı şəkildə yanan bu ticarət mərkəzində ən azı 200 min manat ziyana düşən sahibkarlar kompensasiya tələb edirdilər. O zaman obyektin Ramiz Mehdiyev və yaxınları tərəfindən himayə olunduğu iddia edilirdi və məsələ qapadılmışdı.

Gömrükdə aparılan indiki əməliyyatların Ramiz Mehdiyevlə əlaqəsi yoxdur. Məsələn, Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi, polkovnik Ceyhun Babayev rüşvət alarkən tutulub. Bu həbsi Telman Mehdiyevlə əlaqələndirmək düzgün olmazdı.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:199
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri