Icma.az
close
up
RU
“Mehdiyev işi” haqda yeni detallar KONKRET

“Mehdiyev işi” haqda yeni detallar KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi çərçivəsində Dövlət Gömrük Komitəsinin bir neçə vəzifəli şəxsi saxlanılıb. Komitənin Dəniz Nəqliyyatı və Enerji Resursları Gömrük Baş İdarəsinin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə, İdarənin Liman Məntəqəsinin rəisi Fərid Usubov saxlanılanlar arasındadır. Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov da həbs edilib.

KONKRET.az Dövlət Gömrük Komitəsində baş verən kütləvi həbslərlə bağlı siyasi şərhçi Elçin Alıoğlunun Globalinfo.az-a müsahibəsini təqdim edir:

– Elçin bəy, Dövlət Gömrük Komitəsində kütləvi həbslərin arxasında nə dayanır?

– Bu, antikorrupsiya idarəsinin apardığı əməliyyatlardır. Burada “kütləvi həbslər” ifadəsini işlətmək emosional yanaşma olardı. Məsələ ondadır ki, Dövlət Gömrük Komitəsində mütəmadi yoxlamalar aparılır. Əgər bunun arxasında qərəz və məqsəd yoxdursa, görülən işlər Azərbaycan qanunvericiliyi çərçivəsindədir. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin apardığı əməliyyatlar çərçivəsində dəniz nəqliyyatı sektorunda bir sıra vəzifəli şəxslər həbs olunub. Dəniz limanının rəisi Fərid Usubova qanunsuz siqaret qaçaqmalçılığı ilə bağlı ittiham irəli sürülüb. Paralel olaraq, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov 2 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib. Rəşad Daşdəmirov Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğludur. Gömrük Komitəsinin digər əməkdaşları – Zaur Həşimov, Fərrux Haqverdiyev və Fariz Məhərrəmov da saxlanılanlar arasındadır.

– Gömrük Komitəsində hansı problemlər var?

– Son vaxtlar Gömrük Komitəsində büdcə daxilolmaları ilə bağlı müəyyən problemlər müşahidə olunur. Gömrük rüsumlarının toplanması və sənədləşməsində bölgə əməkdaşları tərəfindən vəzifə səhlənkarlığı halları baş verir. Eyni zamanda, vətəndaşların bu qurumla bağlı şikayətləri səngimək bilmir. Dövlət Gömrük Xidmətində əsaslı yoxlamalardan çox, əsaslı islahatlara və yenidənqurmaya ehtiyac var. Korrupsiya elementlərinin çox olması barədə şikayətlər daxil olur. Bunlar nəzərə alınaraq addımlar atılır. Çünki korrupsiyaya göz yummaq, xüsusən də ölkəyə daxil olan və çıxarılan məhsulların gömrük rəsmiləşdirilməsi zamanı büdcəyə zərər vurulması yolverilməzdir. Azərbaycanın qeyri-neft sektoru inkişaf edir, enerji hasilatı isə geoloji səbəblərdən azalır. İnzibati və geosiyasi proseslər, o cümlədən Ukrayna müharibəsi, ABŞ-ın bazara daha çox neft çıxarması, Rusiya və İrana tətbiq edilən sanksiyaların sərtləşdirilməsi – qlobal enerji bazarına təsir göstərir. Rusiya müharibədən sonra ən aşağı neft satışını qeydə alıb və təqribən 50 milyard dollar büdcə itkisi ilə üzləşib. Bu reallıqlar fonunda gömrük xidmətinin Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyəti daha da artır. Ona görə də gömrükdə aparılan təftiş və nəzarət tədbirləri qaçılmazdır. Əgər struktur islahatları aparılmazsa, məsuliyyət daşıyan şəxslərin sayı artacaq.

– Mətbuatda bu əməliyyatların Ramiz Mehdiyev işi ilə əlaqələndirildiyi iddia olunur. Gömrük xidməti generalı olan Telman Mehdiyevin də adı hallanır. Telman Mehdiyev ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qohumudur.

– Telman Mehdiyev gömrük sistemində düşünülən qədər geniş təsir imkanlarına malik deyil. Ona qarşı irəli sürülən ittihamlar sırasında müxtəlif məqamlar var. Məsələn, onun “EuroHome” ticarət mərkəzinin sahibi olduğu iddia edilir. Telman Mehdiyevin Ramiz Mehdiyevlə qohumluğu barədə deyilənlərin də bioloji əsasları yoxdur – çünki Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa bir ailədə keçirib. Telman Mehdiyev uzun illər gömrük sistemində yüksək vəzifələrdə çalışıb. 2020–2021-ci illərdə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. 2022-ci ildə Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsinin rəisi olub. Bu qurum xüsusilə strateji yüklərə, dəniz daşımalarına və neft ticarətinə nəzarət edir. Bir sıra məlumatlara görə, o, Ramiz Mehdiyevin göstərişləri əsasında sahibkarlara qarşı təzyiq mexanizmlərində rol oynayıb. 2022-ci ildə Səfər Mehdiyevin əmri ilə vəzifədən azad edilib və Qərb Baş Gömrük İdarəsinin rəisi təyin olunub, lakin bu vəzifədə də çox qalmayıb. Səfər Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan sonra Telman Mehdiyev də pensiya yaşına çatması əsas göstərilərək istefaya göndərilib. Yəni o, bir növ himayəsiz qalıb. “EuroHome” məsələsi isə ayrıca araşdırılmalıdır. 2022-ci ildə müəmmalı şəkildə yanan bu ticarət mərkəzində ən azı 200 min manat ziyana düşən sahibkarlar kompensasiya tələb edirdilər. O zaman obyektin Ramiz Mehdiyev və yaxınları tərəfindən himayə olunduğu iddia edilirdi və məsələ qapadılmışdı. Gömrükdə aparılan indiki əməliyyatların Ramiz Mehdiyevlə əlaqəsi yoxdur. Məsələn, Enerji Resursları və Dəniz Nəqliyyatı Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin sabiq rəisi, polkovnik Ceyhun Babayev rüşvət alarkən tutulub. Bu həbsi Telman Mehdiyevlə əlaqələndirmək düzgün olmazdı.

Safura Bənnayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:234
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Dekabr 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Tam məsuliyyətimlə deyirəm, bu gün Azərbaycan kinosu...” Eldəniz Quliyevlə gündəm MÜSAHİBƏSİ

11 Avqust 2026 17:17see574

Yekun sülh sazişinə gedən yolda növbəti siyasi addım

11 Avqust 2026 16:39see456

Livan İsrail danışıqları niyə uzadılır? AÇIQLAMA

11 Avqust 2026 14:39see379

Aktyordan qızı ilə fotolar

11 Avqust 2026 13:31see350

Nijnekamsk şəhərinə edilən dron hücumunda ölən Özbəkistan vətəndaşlarının sayı səkkizə çatıb

11 Avqust 2026 07:57see259

Baş nazirin yemiş zarafatı Avstraliyanı qarışdırdı Üzr istəmədi

11 Avqust 2026 15:39see248

BİZİM TƏQVİM:11 avqustda baş vermiş tarixi hadisələr

11 Avqust 2026 08:03see229

Trampa sui qəsd planı Pərdəarxasında kim var?

12 Avqust 2026 20:34see227

Elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq istəyirik Prezident

11 Avqust 2026 23:00see226

Zukerberq süni intellektin mərkəzləşdirilməsindən imtina etməyə çağırıb

11 Avqust 2026 07:49see214

Arsenal 3 futbolçusunu satmaq istəyir

11 Avqust 2026 08:21see214

UEFA Çempionlar Liqası: Sabah Orhus matçı başlayıb CANLI YAYIM

11 Avqust 2026 20:06see195

Ölkənin taleyini dəyişə biləcək tapıntı 6 kilometr boyunca qızıl aşkarlanıb

13 Avqust 2026 00:53see192

Livitt istefa verdi

13 Avqust 2026 00:16see187

Rusiyanın sıxılmış karbohidrogen qazı istehsal edən zavodu zədələndi

12 Avqust 2026 03:42see187

YouTube dan pul qazanmaq çətinləşir

11 Avqust 2026 14:13see171

KL: Kiprdə 6 qolluq şou

12 Avqust 2026 01:10see171

Tramp Türkiyədən gizli təyyarəyə ilə aparılıb?

11 Avqust 2026 08:26see169

Fazil Mustafa Əlövsət Əliyevin iradına cavab verib: “Tamamilə uyğunsuz bir iraddır”

12 Avqust 2026 02:00see164

“Sabah” bu dəfə də ilk oyunu səfərdə keçirəcək Macarıstanda...

12 Avqust 2026 00:13see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri