Icma.az
close
up
RU
MEHDİYEVİ NƏ QƏDƏR CƏZA GÖZLƏYİR? Ömürlük həbs oluna bilərmi?

MEHDİYEVİ NƏ QƏDƏR CƏZA GÖZLƏYİR? Ömürlük həbs oluna bilərmi?

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri müəyyən edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Baş İstintaq İdarəsi tərəfindən aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində Ramiz Mehdiyev haqqında cinayət işi başlanılı və məhkəmə onun barəsində verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

"Azpolitika"  xatırladır ki, R.Mehdiyev Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, 1938-ci ildə anadan olmuş Ramiz Mehdiyev hazırda 87 yaşındadır. Məhz bu səbəbdən ilkin istintaq dövründə onun ev dustaqlığında saxlanılmasını məqsədəuyğun hesab edilib.

Bəs Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan Ramiz Mehdiyevi hansı cəza gözləyir?

Ramiz Mehdiyevin ittiham olunduğu maddələr içərisində ən ağırı 274-cü maddədir. Bu maddə ilə Ramiz MehdiyevƏ dövlətə xəyanət ittihamı elan edilib.

Cinayət Məcəlləsinin 274-cü maddəsində qeyd olunur: "Dövlətə xəyanət — yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti əleyhinə Azərbaycan vətəndaşı tərəfindən qəsdən törədilən əməl (düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrinin xarici dövlətə ötürülməsi, yaxud xarici dövlət və təşkilatlara Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətində kömək etmə) — 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Ancaq Ramiz Mehdiyevin yaşı ona qarşı ömürlük azadlıqdan məhrumetmə hissəsinin tətbiqinə imkan vermir.

Belə ki, Cinayət Məcəlləsinin 57.2-ci maddəsində bildirilir: “Ömürlük azadlıqdan məhrum etmə qadınlara, cinayəti törədərkən 18 yaşı tamam olmamış şəxslərə, eləcə də hökm çıxarılana qədər 65 yaşına çatmış kişilərə tətbiq edilmir.”

Ramiz Mehdiyev hazırda 87 yaşında olduğundan ona ömürlük həbs cəzası verilməyəcək.

R.Mehdiyevə qarşı irəli sürülən digər iki maddədə isə aşağıdakılar nəzərdə tutulur:

Maddə 278: Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsi, yaxud zor vasitəsilə qorunub saxlanılması, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər — 12 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 193.1: Yalançı sahibkarlıq — yəni kredit əldə etmək, rüsumlardan azad olmaq və ya digər əmlak mənfəəti qazanmaq, yaxud qadağan olunmuş fəaliyyətin gizlədilməsi məqsədilə real sahibkarlıq fəaliyyəti niyyəti olmadan müəssisə və ya digər hüquqi şəxsin yaradılması, əgər bu hərəkətlər nəticəsində xeyli miqdarda zərər vurulub və ya gəlir əldə edilibsə — cinayət nəticəsində vurulmuş ziyanın (və ya əldə olunmuş gəlirin) iki mislindən üç mislinədək miqdarda cərimə, yaxud altı ayadək azadlığın məhdudlaşdırılması və ya altı ayadək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Beləliklə, ittihamlar üzrə Ramiz Mehdiyevi ağır cəza gözləyir. Ancaq onun ömrünün sonunu həbsxanada, yoxsa ev dustaqlığında kecirəcəyini istintaqın nəticəsi və məhkəmə müəyyən edəcək.

Elman

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Oktyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see365

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see276

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see230

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see226

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see223

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see222

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see214

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see203

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see200

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see199

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see199

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see194

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see192

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see187

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see187

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see182

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see182

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see175

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri