Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Mehdiyevin Azərbaycanı məhv etmək MİSSİYASI: Ramiz Ənvəroviç rus kəşfiyyatının planını necə həyata keçirib? KONKRET

Mehdiyevin Azərbaycanı məhv etmək MİSSİYASI: Ramiz Ənvəroviç rus kəşfiyyatının planını necə həyata keçirib? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Onu gah “boz kardinal”, gah da “şərəfli agent” adlandırırlar. Maraqlıdır ki, Azərbaycan cəmiyyətində bu cür müəmmalı “ləqəb” qazanan ikinci bir adama rast gəlinmir. Söhbət Ramiz Ənvəroviç Mehdiyevdən gedir. O Ramiz Mehdiyevdən ki, 30 ildən artıq Azərbaycanda yüksək vəzifə tutub. Amma bu 30 ildə və ondan sonrakı 5 ildə də hər kəsi bir sual maraqlandırıb: Kimdir səbəbkar?

Qeyd edək ki, 70 il biz SSRİ-nin tərkibində yaşamışıq. Və bu müddətdə müttəfiq respublikaları daha rahat idarə eləmək üçün Kreml öz adamlarını həmin respublikalarda yüksək vəzifələrdə otuzdururdu ki, yerlərdə gedən proseslərdən daha ətraflı məlumat alsın. Bax, Ramiz Mehdiyev də hər zaman Kreml üçün vazkeçilməz kadr olub. Ona görə də o bütün dövrlərdə “üzdə olub”. Onun ustadı və müəllimi isə 20 yanvar qırğının günahkarlarından biri SSRİ Ali Sovetinin sədri, daha sonra Rusiyanın baş naziri, Xarici İşlər naziri, Xarici Kəşfiyyat idarəsinin rəisi olmuş Yevgeni Primakov idi. Ramiz Mehdiyevin 1993-cü ildə Prezident Aparatının rəhbəri təyin olunmasında Primakovun birbaşa rolu olub. Onları təkcə siyasi deyil, həm elmi, həm də milli maraqlar birləşdirib. Yaşlı nəsil çox yaxşı bilir ki, Boris Yeltsinin prezidentliyi dövründə Primakov Rusiyanın “boz kardinalı” olub. Onun razılığı və istəyi olmadan Kremldə hər hansı bir qərar qəbul edilməyib. Xatırladaq ki, Yeltsinin dövründə Primakov 1991-1996-cı illərdə Xarici Kəşfiyyat Direktoru, 1996-1998-ci illərdə Xarici İşlər naziri, 1998-1999-cu illərdə isə Baş nazir olub. Putinin dövründə isə Rusiya Elmlər Akademiyasına rəhbərlik edib. 2015-ci ildə Primakov öləndən sonra Ramiz Mehdiyevin də bazarı bağlanıb. Və bir neçə il sonra Azərbaycandakı yüksək postunu itirib. Və Primakov kimi o da bir müddət AMEA-nın prezidenti olub.

Ramiz Mehdiyevlə Primakovu yaxın edən milli kimlik məsələsi isə birincinin xanımı ilə bağlıdır. Bildiyimiz kimi Mehdiyevin arvadı Qalina Yuriyevna milliyətcə rusdur. Və dəqiqləşdirilən məlumata görə onun Rusiyanın siyasi dairələri ilə sıx bağlılığı var. Primakovla Mehdiyevi dost edən üçüncü səbəbsə “elmi əməkdaşlıqdır”. Bildiyimiz kimi Primakov şərqşünas idi. Və Akademik elmi dərəcəsinə sahib olub. Onun Şərq aləmi ilə bağlı məlumat toplanmasında isə Mehdiyev kimilərin rolu əvəzsizdir. Bax, bu 3 səbəbə görə Mehdiyev Primakov üçün vazkeçilməz olub. Primakovunsa bütün dövrlərdə Kremildə öz çəkisi olub. Bəzən onun Rusiyanın “dərin dövləti”nin rəhbəri kimi xarakterizə edirlər.

Ramiz Mehdiyevin siyasi revanşı…

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ümummilli lider Heydər Əliyev balanslı siyasət yeridərək Azərbaycanı separatizmdən və parçalanmadan qurtardı. Məhz Ramiz Mehdiyevin yüksək posta təyinat alması da balanslaşdırılmış siyasətin nəticəsidir. Çünki, Ermənistan Rusiyanın dəstəyi ilə hər gün Azərbaycanın bir ərazisini işğal edirdi. Belə vəziyyətdə işğalı durdurmaq üçün ilk növbədə Rusiya ilə dil tapmaq lazım idi. Bax, o “dil” Ramiz Mehdiyev idi. Təbii ki, Ramiz Ənvəroviç (ona belə xitab edəndə xoşlanır) öz ağalarına borclu qalmaq istəmədi. Əslində borclu da qala bilməzdi. Əks təqdirdə onun fiziki sonu gələrdi. Ona görədə də 26 ildən artıq Ali icra orqanında ikinci-üçüncü  şəxslərdən biri olduğu dönəmlərdə Ramiz Mehdiyev Rusiyadakı havadarlarına arxalanaraq Azərbaycan cəmiyyətində qeyri-sağlam bir mühit yaratdı. Milli-mənəvi dəyərlərin məhv edilməsinə və Azərbaycanda “5-ci kolon”un geniş şəbəkə yaratmasına rəhbərlik edən Ramiz Mehdiyev güclü Azərbaycan dövləti qurulmasına hər vəhclə əngəl oldu. Onun sayəsində bütün dövlət qurumlarında ikinci dil (bəzən birinci) kimi rus dilindən istifadə olunurdu. Hətta dövlət qurumları arasında yazışmalar da bir müddət rus dilində oldu.

Bundan əlavə rus mədəniyyəti, rus təhsili cəmiyyətdə geniş təşviq edilirdi. Bu gün də bəziləri elə düşünür ki, yüksək savada sahib olmaq üçün hökmən rus dilini bilməlisən. Hətta bir zamanlar rus dilində danışa bilməyənlərə “çuşka” kimi baxırdılar. Məhz bu təbilğatın nəticəsində Azərbaycanda rus dilli məktəblərin geniş şəbəkəsi yaradıldı. Bu gün 300-dən artıq orta və bir neçə ali məktəb tədrisi rus dilində aparır. Təbii ki, bu məktəblərdə rus mədəniyyəti, tarixi və ədəbiyyatı məqsədli şəkildə olduğundan daha gurultulu şəkildə təbliğ edilir. Hətta 90-cı illərdə Rusiyada ali təhsil almış şəxslərə vəzifə təyinatında xüsusi üstünlük verilirdi. Amma Ramiz Ənvəroviçin əsas missiyası başqa idi. Bu missiyanın məqsədi  hakimiyyətin yuxarı eşalonundakı və cəmiyyətdəki milli təəssübkeşləri neytrallaşdırmaq, fürsət düşdükcə isə onların fiziki məhvinə nail olmaq idi. 90-cı illərdə Azərbaycanda həyata keçirilən terror hadisələrini xatırlamaq kifayət edir ki, bu hərəkətlərin kimlərə qarşı yönəldiyini daha aydın anlayaq. Təkcə, akademik Ziya Bünyadovla, Akademik Fərəməz Maqsudovun müəmmalı qətllərini xatırlamaq kifayət edir ki, “5-ci kalon”un Azərbaycandakı hədəflərini bilək. Təbii ki, adlarını çəkdiyim adamlar Ramiz Mehdiyevin məkrli oyunlarının qurbanına çevrilənlərin çox az bir qismidir. Son 25 ildə o qədər işiqlı ziyalımız, o qədər peşəkar rəhbər kadrlarımız bu adamın iddiasının qurbanına çevrildi ki…

Amma o, bununla da kifayətlənmədi. Şəxsi məqsədləri və xarici havadarlarının istəkləri üçün Azərbaycanın mənəvi dəyərlərini baltaladı. Ölkəmizin demokratik dövlət kimi formalaşmasına və milli dəyərlər üzərində inkişaf etməsinə əngəl olmaq üçün əlindən gələni etdi. Nəticədə Azərbaycanın beynəlxalq imicinə güclü zərbə vuruldu və ölkə də sosial narazılıq artdı. “5-ci kolon”un ölkəmizdəki lideri olan Ramiz Mehdiyev Azərbaycan dövlətinin və milli dəyərlərinin kökündən sarsıdılması üçün bir neçə fəaliyyət istiqaməti müəyyənləşdirmişdi. Birinci və əsas istiqamət. “Azərbaycan Rusiyasız yaşaya bilməz” fikri bütün cəmiyyətdə bütləşdirilməli idi. Guya ki, ABŞ və Avropadan fərqli olaraq Rusiya Azərbaycanın inkişafını və qüdrətlənməsini istəyir. Və cəmiyyətə rus dəyərləri dünyanın ən ali dəyəri kimi təlqin edilirdi. Guya ən yaxşı ədəbiyyat, ən yaxşı incəsənət və hətta ən yaxşı televiziya proqramları ruslara məxsusdur. Və özünü mədəni insan sayan hər kəs rus dilini bilməli, bu dildə daha çox danışmalıdır. Hətta insanlar bir-birilərinə “rusca” müraciət etməlidirlər. Məsələn, Ramiz Ənvəroviç, Artur Tahiroviç, Abid Qocayeviç, Əli Şamiloviç, Ziya Arzumanoviç və sair. Vaxtilə məhz rəsmi müraciətlər bu cür edilirdi. Bütün dövlət strukturlarında əsasən rus dilində danışılırdı. Özünü ziyalı sayan hər kəs övladını “rus sektoru”nda oxutmalı idi. Bu, əslində “5-ci kolon”un həyata keçirdiyi ən böyük layihə idi. İkinci istiqamət. ABŞ, Avropa, İran və başda Türkiyə olmaqla bütün türkdilli dövlətlərə antipatiyanın təşviq edilməsi idi. Guya bu dövlətlər Azərbaycanı nəinki iqtisadi cəhətdən zəiflətmək istəyir, hətta mənəviyyatımızı məhv etməyə çalışırlar. Bu xətt son 25 ildə ABŞ, Avropa, İranla, eləcə də türkdilli dövlətlərlə münasibətimizə ciddi ziyan vurdu. Adi bir fakt deyim: Bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixdə heç zaman təsadüf olunmadığı qədər yüksək səviyyədədir. Bu gün artıq “Bir millət, iki dövlət” ideyası tamamilə reallığa çevrilib. Hələ qardaş Türkmənistanı demirəm. Son 30 ildə düşmənçilik səviyyəsinə qaldırılan münasibətlər son 3 ildə 180 dərəcə dəyişdi. Axır ki, iki ölkə biri-birinə əl uzatdı. Nəhayət, Azərbaycan və Türkmənistan liderləri şirin-şirin bir- birilərinə “qardaş” dedilər. Bu isə “5-ci kolon”un Azərbaycandakı dayaqlarının sarsıdıldığını göstərir. Üçüncü istiqamət. Xarici dövlətlərdə Azərbaycan dövlətinə və xalqına qarşı antipatiyanın alovlandırılması idi. Ramiz Mehdiyev hər vasitə ilə Azərbaycana maraq göstərən əcnəbiləri yerli emmissarları vasitəsi ilə incik salır, onlarda xalqımız və dövlətimiz haqqında mənfi fikirlərin formalaşmasına təkan verdirirdi.

Dördüncü istiqamət, korrupsiya piramidasının yaradılması idi. Bir zamanlar adamlarda belə bir fikir formalaşmışdı ki, Azərbaycanda bütün vəzifələr alınıb, satılır. Əslində belə bir çirkin proses gizli şəkildə aparılırdı. Və hətta ən yuxarı instansiyalarda. Bəllidir ki, son 27 ildə Azərbaycanda aparılan kadr siyasətində Ramiz Mehdiyevin xüsusi rolu olub. Çünki bütün namizədlər protokol qaydasına uyğun olaraq Ramiz Mehdiyevin “süzgəci”ndən keçirdi. Və hər zaman Ramiz Ənvəroviç bir vakansiyaya qarşı 4-5, bəzən də daha çox namizədin irəli sürülməsinə çalışırdı. Bununla da “rəqabət mühiti” yaradırdı. Təbii ki, təklif olunan namizədlərin biri haqqında Ali rəhbər müsbət qərar verirdi. Bu zamansa Ramiz Ənvəroviç yenə də “qazanclı” çıxırdı. Beşinci istiqamət liberal idarəetmədən, bürokratik və korrupsiyalaşmış idarəçilik sisteminə keçidin təşviqi idi. Bir zamanlar Azərbaycanın əksər strukturlarında “konvert” sistemi mövcud idi. Çalışanlar leqal əmək haqlarından başqa “konvert” alırdılar. Bu “konvert” isə leqal əmək haqqından bir neçə dəfə yüksək idi. Bəzi strukturlarda isə çapolçuluq sistemi var idi. Yəni haqq-nahaq gördüyün işin müqabilində qarşı tərəfdən nəsə tələb etməli idin. Bütün bunlar isə dövlətçiliyin əsaslarını sarsıdan faktorlar idi. Amma “5-ci kolon”nun planlarına tamamilə uyğun bir proses idi. Nə yaxşı ki, son illər bu proseslər durduruldu. Amma, Ramiz Mehdiyevin rəhbərlik etdiyi “5-ci kalon” hələ də ölkəmizdə fəaliyyətini davam etdirir. Bu “Rus evi”, Sputnik Azərbaycan”, “Mir” və digər layihələrdə özünü göstərir.

Natiq Səlim,

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://konkret.az
archiveBu xəbər 12 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri