Icma.az
close
up
RU
Mehdiyevlər İmişli bazarını belə ələ keçirib İki nəfərin ölümünə səbəb olan əmlak davası

Mehdiyevlər İmişli bazarını belə ələ keçirib İki nəfərin ölümünə səbəb olan əmlak davası

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


İmişli rayon sakini İntiqam Əvəzov ailələrinə məxsus bazarın qanunsuz şəkildə əllərindən alındığını iddia edib. O bildirib ki, bu proses Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin göstərişləri ilə həyata keçirilib.

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a müraciət edən şəxs deyib ki, atası mərhum Rüstəm Əvəzov 1995-ci ildən İmişli rayon kolxoz bazarının müdiri olub. 1999-cu ildə “Özəlləşdirmənin 1-ci Dövlət Proqramı” çərçivəsində keçirilən hərracda Rüstəm Əvəzov, eləcə də onun qardaşları Əvəz və Məcnun Şükürovlar müəssisənin 55 faiz səhmini qanuni yolla əldə ediblər. Ailənin sözlərinə görə, bu faktı təsdiqləyən sənədlər – hərrac protokolu, səhm sertifikatları və səhmdar reyestrləri bu gün də onların əlindədir.

Şikayətçilər iddia edirlər ki, 2000-ci ildə keçmiş deputat və Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin biznes ortağı Əziz Quliyev adlı şəxs özəlləşdirmənin nəticələrinin ləğvi tələbi ilə məhkəməyə müraciət edib. Onların sözlərinə görə, uzun illər davam edən məhkəmə çəkişmələrində əvvəlki instansiyalar ailənin xeyrinə qərar versə də, Ali Məhkəmə Ramiz Mehdiyevin müdaxiləsi ilə Əziz Quliyevin xeyrinə qərar çıxarıb. Bunun nəticəsində ailə bazardan məhrum olub.

İ.Əvəzovun sözlərinə görə, bu ədalətsizlik onların maliyyə cəhətdən çökməsinə və ailə faciələrinə səbəb olub. Belə ki, atası Rüstəm Əvəzov 2002-ci ildə, əmisi Məcnun Şükürov isə 2020-ci ildə ağır stress nəticəsində dünyasını dəyişib.

Şikayətçilər bildirirlər ki, Ramiz Mehdiyev vəzifədən uzaqlaşdırıldıqdan və barəsində araşdırmalar başladıqdan sonra ədalətin bərpa olunacağına ümid yaranıb.

Onlar hesab edirlər ki, Mehdiyevin göstərişləri ilə hərəkət edən şəxslər, o cümlədən Əziz Quliyevin də əməlləri araşdırılmalıdır:

“Əziz Quliyev 25 ildən artıqdır ki, İmişli bazarını qanunsuz olaraq əlində saxlayır, vergidən yayınmaqla böyük sərvət qazanıb. Onun barəsində qanunsuz varlanma, özgə əmlakını ələ keçirmə və vergidən yayınma faktları üzrə ciddi araşdırma aparılmalıdır”.

Bundan başqa, şikayətçi onların xəbəri olmadan 25 il öncə Nəsimi rayonunda məhkəmənin keçirildiyini bildirib:

“Maraqlıdır ki, məhkəmə Əziz Quliyevin xeyrinə qərar çıxarmışdı. Bunun əsasında Xətai rayon Məhkəməsinə müraciət edib, qalib gəldik. Bunlar isə Ulu Öndər Heydər Əliyevin sayəsində baş tutdu. Çünki əmim Heydər Əliyevə məktub ünvanlamışdı deyə, işimizə baxılması üçün tapşırıq verilmişdi. Lakin məhkəmə qərarı icra olunmadı. Özləri də dedilər ki, onlara təzyiq göstərilir. Hətta Apelyasiya Məhkəməsi də xeyrimizə qərar çıxardı. Amma 8 aydan sonra iş Ali Məhkəməyə verildi və onların xeyrinə qərar verildi. Onda da hakim Südabə xanım idi. Adam açıq şəkildə bizə dedi ki, mən işi sizin xeyrinizə çıxarsam, məni Mehdiyev ailəsi öldürəcək”.

İntiqam Əvəz 25 ildən sonra məsələnin işıqlandırılmasını belə izah edib:

“Ramiz Mehdiyevə görə heç kim işimizə ədalətli yanaşa bilmirdi. Biz gözləyir və inanırdıq ki, nə vaxtsa Ramiz Mehdiyev vəzifədən kənarlaşdırılacaq və ya dünyasını dəyişəcək. İndi isə ölmədi, amma ölməkdən daha pis hala düşdü. Adam Vətən xaini kimi ifşa olundu”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Noyabr 2025 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri