Icma.az
close
up
RU
“Məhdudiyyəti üstünlüyə çevirməyə çalışmışıq” Prezidentin köməkçisi+Video

“Məhdudiyyəti üstünlüyə çevirməyə çalışmışıq” Prezidentin köməkçisi+Video

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan “Orta Dəhliz”ə sadəcə nəqliyyat marşrutu kimi yox, mədəniyyətlərarası dialoqun bir forması kimi baxır”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqa şəhərində keçirilən “GLOBSEC Forum 2025” çərçivəsində təşkil olunmuş “Orta Dəhliz: Yeni Geosiyasi və Geoiqtisadi Həyat Xətti”( The Middle Corridor: A New Geopolitical and Economic Lifeline?) adlı paneldə çıxışı zamanı bildirib.

Hikmət Hacıyev qeyd edib ki, yollar Azərbaycanın qədimdən gələn mədəniyyət və sivilizasiya anlayışının bir hissəsidir və Azərbaycan tarixən İpək Yolunun üzərində yerləşərək bu dialoqun fəal iştirakçısı olub. O vurğulayıb ki, coğrafi mövqe olaraq şərq-qərb və şimal-cənub kəsişməsində yerləşməyimiz vacib olsa da, Azərbaycanın müstəqillik əldə etdikdən sonra bu potensialı reallaşdırmaq üçün praktiki addımlar atması əsas məsələ olub:

“Biz quru ilə əhatələnmiş ölkə olaraq bu məhdudiyyəti üstünlüyə çevirməyə çalışmışıq”.

Hikmət Hacıyev bildirib ki, Azərbaycanın bununla bağlı gördüyü işlər bir neçə əsas istiqaməti əhatə edir. İlk olaraq enerji sahəsində Bakı-Tbilisi-Ceyhan və digər boru kəmərləri vasitəsilə Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirən enerji dəhlizləri yaradılıb. Daha sonra ölkə daxilində avtomobil yolları və magistrallar inşa edilib və bunlar qonşu ölkələrlə də əlaqələndirilib.

O, həmçinin Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor kimi dəyərləndirildiyini, Mərkəzi Asiya ölkələri ilə dəniz nəqliyyatı vasitəsilə əməkdaşlıq qurulduğunu bildirib. Bununla yanaşı, hava nəqliyyatı sahəsində “hava İpək yolu” anlayışı formalaşdırılıb, Azərbaycanda hazırda 9 hava limanı fəaliyyət göstərir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 İyun 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see305

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see213

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see203

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see197

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see187

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see167

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see161

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see153

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see149

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see149

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see146

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see141

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see140

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see140

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see139

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see137

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see135

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see126

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see125

Kanelonun məşqçisi yetirməsinin nə vaxt Kroufordla revanş döyüşü keçirmək istədiyini deyib

14 Dekabr 2025 06:08see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri