Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

Məhərrəmin qol saatı Bu gün onların ildönümüdür

Məhərrəmin qol saatı Bu gün onların ildönümüdür

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərtac ildönümü ilə bağlı "Məhərrəmin qol saatı" adlı məqalə dərc edib:

Qapqara mərmər lövhədən boylanan tanış sima… Həmişəki kimi üzündə təbəssüm, əlində cib dəftəri... Yenə harasa tələsir, yol üstündədir.

Sinədaşı üstündə ona həsr olunmuş şeirin misraları həkk edilib:

Sən yazı adamısan,

Susa biləcəksənmi?

Başına gələnləri

Yaza biləcəksənmi?

Yaza bilmədi. Heyif... Onun şahidi olduğu hadisələri, üzləşdiyi, gördüyü mənzərələri yəqin ki, başqa heç kim görə bilməyəcək. İşğaldan yenicə azad edilmiş kəndlərə, şəhər və qəsəbələrə mülki vətəndaş kimi ilk ayaq basanlardan biri olmaq onun taleyinə yazılmışdı.

Məhərrəm bütün bunların haqqında kitab yazmaq istəyirdi. Hamısını fikirləşmişdi: haradan və necə başlayacaq, hansı hadisələri xatırlayacaq, hansı mənzərələri qabardacaq... Bu barədə yaxın dostlarına və ailə üzvlərinə də demişdi. Bəlkə də onun qələmindən çıxanlar Qarabağ müharibəsinin ən yaddaqalan və unudulmaz hekayətlərindən biri olacaqdı...

Qismət olmadı...

Yenə də bir şeir yadıma düşür:

Ölüm də girişməyir

Ağlı-fikri dayaza.

Pis adamı görəndə

Özünü çəkir naza.

Yaxşıları tez görür

O gözləri kor olmuş

Ölüm də əzəl gündən

Yaxşılara vurulmuş.

Çox heyif... Amansız ölüm yaxşılardan, vəfalılardan, etibarlılardan daha birini öz caynağına alıb apardı.

Onunla bağlı söz-söhbətlər, xatirələr bitib-tükənmək bilmir.

Həmin vaxt AZƏRTAC-ın Ordu və hüquq xəbərləri redaksiyasının müdiri olmuş Elvin Mövsümov onunla son telefon danışığını xatırlayır. Elvin təkid edir ki, bəlkə qayıdıb bir müddət dincələsən. Səni başqa biri ilə əvəz edək. Bir az dincələndən sonra yenə gedərsən.

Razılaşmır. “Təxminən iki aylıq işimiz qalıb. Onu da yekunlaşdırıb qayıdacağıq. Az qalıb, lap az...”, - deyə cavab verir.

Nə idi onu çəkib oraya aparan? Uzun illər düşmən tapdağı altında olan yurd yerlərini, doğma torpaqları görməkmi?

İllər sonra əsarətdən qurtulan bu yerlərə qədəm qoyan ilk baharı qarşılamaqmı?

Yoxsa ilk dəfə gördüyü bu yerlərdən dünyaya göz açdığı Qərbi Azərbaycanın Çəmbərək rayonunun Ardanış kəndinin ətrini alırdı?

Yaxın dostu İsa Kərimovla telefon danışığı zamanı işğaldan azad edilən bölgələr arasında Hadrutun təbiətinin, təmiz havasının və mənzərələrinin ona daha çox xoş gəldiyini deyirdi: “Bakının istisində bişirsiniz. Burada dağlarda hələ qar var. Gecələr iki yorğanla yatıram...”

Məhərrəm Əli oğlu İbrahimovla bağlı xatirələrdən daha biri yada düşür.

Bir dəfə yoldaşlarından biri Məhərrəm adına “ilişərək” zarafat etdi: “Bu nə addır sənə qoyublar? Normal bir ad tapıb, sənə verə bilmirdilər?”

Yeri gəlmişkən, nə vaxtsa eşitdiyim bir hadisə yadıma düşdü: Bir dəfə Xan Şuşinskinin uzaq qohumlarından biri ona yaxınlaşıb tanışlıq verir və özünü təqdim edir: Orucov Məhərrəm Ramazan oğlu. Xan əmi də həmin aylarda toy olmadığını qabardaraq deyir: haradan oldun mənim qohumum? Nəsillikcə bizə düşmənsiniz”.

Məhərrəm də ona verilən sualın cavabında dedi: “Qardaş, mənim soyadım peyğəmbər, atamın da adı imam adıdır. Ona görə adımın Məhərrəm olmağı təbiidir”.

Belə xatirələr birdirmi, ikidirmi? Hansını yada salasan, hansını xatırlayasan?

O, 2020-ci ilin noyabrından başlayaraq işğaldan azad edilmiş bölgələrin yaşayış məntəqələrini qarış-qarış, ev-ev, ünvan-ünvan, kəndbəkənd dolaşıb. Peşə fəaliyyəti ilə əlaqədar üz tutduğu ünvanlarda erməni qəddarlığı və soyğunçuluğuna şahidlik edən çoxlu mənzərələrlə rastlaşıb.

Əvvəl Füzuliyə getdi, oradan Cəbrayıla, sonra Xocavəndə, Ağdama, Qubadlıya üz tutdu. Kəlbəcərə isə lap təzə getmişdi. Cəmi bir neçə gün əvvəl...

Dəhşətli, qəlbimizi didim-didim edən xəbər də elə oradan gəldi. 2021-ci il iyunun 4-də...

Kəlbəcərin Susuzluq kəndinə gedərkən yola basdırılmış tank əleyhinə minanın partlaması nəticəsində içərisində 7 nəfərin olduğu hərbi maşının az qala külü göyə sovruldu. Dəhşətli və amansız partlayış nəticəsində iki həmkarımız - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının əməkdaşı Sirac Abışov, habelə maşında olan kənd ərazi icra nümayəndəsi şəhid oldu, mülki şəxslər yaralandı.

Bu, bəlkə də ən gözləmədiyimiz, ağlımızın ucundan da keçirmədiyimiz xəbər idi: Hərbi müxbir kimi üz tutduğu yeni ünvana gedərkən baş verən dəhşətli partlayış nəticəsində Məhərrəm əbədiyyətə qovuşmuşdu.

Həmişə xəbər ardınca gedən Məhərrəmin itkisi ən kədərli və üzücü xəbərə çevrildi.

İbrahimovlar ailəsinin sonbeşiyi olan Məhərrəmin faciəli taleyi qardaşları Əkbərin, Əsgərin, Ələsgərin, bacıları Sevda, İradə, Fəridə və Azadənin sinəsinə dağ çəkdi, həyat yoldaşı Baharın, oğlanları Uğur və Toğrulun gözlərini həmişəlik yollarda qoydu.

Binəqədi rayonunun Məhəmmədəmin Rəsulzadə qəsəbəsində onun adına küçə verildi, şərəfinə bulaq inşa olundu. Ölümündən sonra Prezidentin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi. Ailəsinə mənzil verildi. Adına əmək kitabçası açıldığı və 17 il çalışdığı Azərbaycan Dövlət İnformasiya Agentliyində onun adına xüsusi guşə yaradıldı, barelyefi hazırlandı.

AZƏRTAC-ın hərbi müxbiri Məhərrəm İbrahimov beləcə xatirəyə, əbədiyyət ünvanına çevrildi.

… Susuzluq kəndinə gedən yolda baş verən hadisədən bir neçə ay sonra həmin ərazinin yaxınlığında qoyun otaran çobanlardan biri Məhərrəmin qol saatını tapıb. Bu, şəhid həmkarımızdan qalan sonuncu yadigardır. Təəssüf ki, həmin saat hələ İbrahimovlar ailəsinə gəlib çıxmayıb. Partlayış anında Məhərrəmin qolunda olmuş saatın əqrəblərində zaman donub.

Dörd il əvvəl öz peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalan Məhərrəm İbrahimovun fədakarlığı zamana sığmasa da...

XATIRLATMA

Ölkə.Az xatırladır ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcərə ezam olunmuş bir qrup jurnalisti aparan "KamAZ" markalı sərnişin avtomobili 2021-ci il iyunun 4-də rayonun Susuzluq kəndində tank əleyhinə minaya düşüb.

Nəticədə çəkiliş qrupunun iki üzvü - S.Abışov və M.İbrahimov, habelə Kəlbəcər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Əliyev şəhid olublar, daha dörd nəfər isə yaralanıb.

Qeyd edək ki, Məhərrəm Əli oğlu İbrahimov 1982-ci il aprelin 16-da Ermənistanın Krasnoselsk rayonunun (Göyçə mahalının Çəmbərək rayonu) Ardanış kəndində anadan olub. 2004-cü il sentyabrın 1-dən Azərbaycan Dövlət İnformasiya Agentliyində (indiki AZƏRTAC) işləməyə başlayıb. O, jurnalist fəaliyyəti boyunca daim hərbi reportyor kimi Azərbaycan Silahlı Qüvvələrinin həm cəbhə bölgəsindəki, həm də digər ərazilərindən reportajlar hazırlayaraq informasiya müharibəsində ön sıralarda olub.

M.İbrahimov iyunun 5-də Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin yanında dəfn edilib.

Ailəli idi, iki övladı var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyun 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri