Məhkəmə arvadını öldürən şəxsin hökmünü dəyişdi
Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şəki Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Həsrət Bəkirovun barəsindəki hökmdən verilən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti qismən təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü, həmin hökmə “Həsrət Bəkirovun himayəsində olan 29 avqust 2010-cu ildə doğulmuş qızına nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadığı ərazi üzrə Yevlax Rayon İcra Hakimiyyətinin qəyyumluq və himayəçilik orqanına tapşırılsın” sözləri əlаvə edilməklə dəyişdirilib.
İttihama görə, hadisə 2024-cü il martın 2-də Yevlax rayonunda baş verib. Rayon sakini, 1987-ci il təvəllüdlü Bəkirova Laləzar Camal qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini tötətməkdə şübhəli bilinən L.Bəkirovanın həyat yoldaşı, 1986-cı il təvəllüdlü Bəkirov Həsrət Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs bildirib ki, hadisəni törədərkən özündə olmayıb, həyat yoldaşını narkotik təsiri altında qətlə yetirib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsrət Bəkirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il 6 ay azadlıqdan məhrum edilib.
Kamal Məmmədov


