ABŞ Dövlət Departamenti və Ağ Ev bu məlumatları veb saytlarından SİLDİ MÜƏMMA (FOTO) KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
ABŞ Dövlət Departamenti və Ağ Ev rəsmi internet resurslarından 1994-cü ildə imzalanmış Budapeşt Memorandumu haqqında bütün məlumatları silib.
KONKRET.az xəbər verir ki, Budapeşt Memorandumu Ukraynanın nüvə silahlarından imtinası müqabilində ABŞ, Birləşmiş Krallıq və Rusiyadan onun suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü üçün zəmanətlər aldığı razılaşmadır. Lakin indi rəsmi saytlardan memorandumla bağlı bütün məzmunun aradan götürülməsi artıq ciddi suallar yaradıb.
Memorandumun silinməsi siyasi şərhçilər tərəfindən bu aktın artıq texniki və tarixi əsasdan çıxarılması, verilən zəmanətlərin dəyərsizləşdirilməsi kimi qiymətləndirilir. Bəzi ekspertlər bunu ABŞ-ın dəyişən təhlükəsizlik yanaşmasının simptomu, digərləri isə geopolitik prioritetlərin yenidən gözdən keçirilməsinin əlaməti sayır.
Məlum deyil ki, bu addım yalnız texniki redakturdur, yoxsa daha dərin siyasi mesaj vardır. ABŞ-ın bu qərarı Ukraynanın təhlükəsizlik arqumentlərini bir daha gündəmə gətirə bilər.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 21 İyun 2025 00:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















