Məhkəmə Bakıda 170 minlik “İphone” “atan” şəxslə bağlı qərar çıxardı
Icma.az, Pravd.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Məhkəmə Bakıda 170 minlik “İphone” “atan” şəxslə bağlı qərar çıxardı.
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Ramin Ağayevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Ramin Ağayev iş üzrə zərərçəkmiş olan 6 tanışına özünü işgüzar şəxs kimi təqdim edib, onlara “İphone 14 pro max” markalı mobil telefonlar alıb ona verdikdən sonra baha qiymətə sataraq gəlir əldə edəcəklərinə inandırıb. O, 2023-cü ildə müxtəlif vaxtlarda zərərçəkmişlərin ümumilikdə 176 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Ağayev 4 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.
Kamal Məmmədov

