Icma.az
close
up
RU
Məhkəmə həbsxanada telefon işlətmiş şəxslə bağlı qərar çıxardı

Məhkəmə həbsxanada telefon işlətmiş şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində cəzaçəkmə müəssisədə qadağan olunmuş əşya saxlamada təqsirləndirilən Vəli Həsənovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Vəli Həsənov əvvəllər cəza çəkdiyi Penitensiar Xidmətin müəssisələrinin birinə etap olunaraq, “Yoluxucu xəstəliklər” şöbəsinin palatasında 2023-2024-cü il tarixlərində müalicə alıb. O, “Samsung Galaxy” markalı mobil telefonunu elektrik qidalandırıcısını və qulaqcığı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib özündə saxlayıb. Sonra Vəli müxtəlif vaxtlarda atası və dostu ilə telefonla danışıb. Müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı onun yataq yerindəki yastığın altında həmin əşyalar aşkar edilərək götürülüb.

Nizami Rayon Məhkəməsinin hökmü ilə o, ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd: Vəli Həsənov qətl törətməkdə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 iyun 2012-ci il tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.  2015-ci ildə isə o, cəzaçəkmə müəssisədə qadağan olunmuş əşya saxlayıb və bu işə görə cəzası qismən birləşdirilməklə 9 il cəza alıb. Bu il isə Vəli cəzasının sonu ilə azadlığa buraxılıb. 27 avqust 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Kamal Məmmədov

seeBaxış sayı:34
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri