Məhkəmə Abşeronda qətl törədən şəxslə bağlı qərar çıxardı
Pravda.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ali Məhkəmədə Abşeronda adam öldürməkdə təqsirləndirilən Stanislav Yakuşevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Hadisə 2023-cü ilin avqust ayında Abşeron rayonunun Masazır kəndi ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı 1979-cu il təvvəllüdlü Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onun barəsində ittiham hökmü çıxarıb. Sumqayıt Apellyasiya Məhkəməsi şikayətini təmin etməyib.
Kamal Məmmədov

