Icma.az
close
up
RU
Məhkəmə bu maddədəki anlaşılmazlığa aydınlıq gətirdi

Məhkəmə bu maddədəki anlaşılmazlığa aydınlıq gətirdi

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, məhkəmə iclasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) sorğusu əsasında Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinə, 26-cı maddəsinə, 28-ci maddəsinin I hissəsinə, 32-ci maddəsinin I hissəsinə, 60-cı maddəsinə, 71-ci maddəsinin I və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin məruzəsini, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi və Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspert rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Cinayət Məcəlləsində təsbit olunmuş qanunçuluq prinsipinin tələbləri, habelə Konstitusiya Məhkəməsi Plenumunun həmin prinsiplə bağlı formalaşdırdığı hüquqi mövqelər baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsi, 26-cı maddəsi, 28-ci maddəsinin I hissəsi, 32-ci maddəsinin I hissəsi, 60-cı maddəsi, 71-ci maddəsinin I və II hissələri ilə ziddiyyət təşkil etmir.

Cinayət Məcəlləsinin 133.1-ci maddəsinin dispozisiyasında əks edilmiş döymə əməlinin obyektiv cəhətinin zəruri əlaməti olan “mütəmadilik” anlayışı Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə müvafiq olaraq təqsirkarın vahid niyyəti ilə əhatə olunan, müəyyən zaman kəsiyində üç dəfə və ya daha çox həyata keçirilən, güclü fiziki ağrı ilə nəticələnən hərəkətlər arasında daxili qarşılıqlı əlaqənin mövcudluğunu nəzərdə tutur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Sentyabr 2026 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see372

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see315

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see313

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see302

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see267

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see243

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see237

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see232

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see231

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see230

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see230

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see214

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see210

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see202

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see202

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see201

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see199

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see198

PSJ ağır zədəsinə baxmayaraq Kvaratsxeliyaya böyük təklif hazırlayır

22 Noyabr 2026 06:14see197

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri