Icma.az
close
up
RU
Ali Məhkəmə şərikli ticarətdə yaranan pul tələbinə aydınlıq gətirdi

Ali Məhkəmə şərikli ticarətdə yaranan pul tələbinə aydınlıq gətirdi

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası şəriklik münasibətlərindən irəli gələn mübahisələrlə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. 

"Unikal" xəbər verir ki, işin hallarına görə, tərəflər 2019-2023-cü illərdə birgə ticarət fəaliyyəti ilə məşğul olublar. Onlar maliyyə və gəlirin bölüşdürülməsi ilə bağlı razılaşıblar. Lakin 2023-cü ildə aralarındakı münasibətlər pozulub. Bundan sonra iddiaçı ticarət fəaliyyəti ilə bağlı bütün maliyyə vəsaitinin onun tərəfindən qoyulduğunu, cavabdehin isə marketin gündəlik idarə olunması ilə məşğul olduğunu və əldə edilən gəlirin aralarında tam bölüşdürülməsi barədə razılaşma olduğunu bildirərək, cavabdeh tərəfindən mənimsənildiyini iddia etdiyi 50.000 manatın ödənilməsini tələb edib. 

Cavabdeh isə iddiaya etiraz edərək bildirib ki, ticarət fəaliyyəti ilə bağlı hər ikisi bərabər miqdarda vəsait qoyub, mallar onun adına alınıb, sonradan isə mal aldıqları şirkətlərə borclar yarandığı üçün fəaliyyət dayandırılıb. Hər iki tərəfin iştirakı ilə mağazadakı malların iki dəfə sayımı aparılıb və nəticələr məqbul hesab olunub. Hazırda iddiaçının onun iştirakı olmadan üçüncü dəfə sayım keçirməklə, mal qalığının dəyərinin əsassız olaraq ondan tələb olunduğu bildirilib.

Birinci instansiya məhkəməsi iddianı təmin edərək cavabdehdən iddiaçının xeyrinə 50.000 manatın tutulması barədə qərar qəbul edib. Apellyasiya instansiyası isə cavabdehin şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlayıb. Cavabdeh bundan sonra kassasiya şikayəti verib.

Ali Məhkəmənin mövqeyinə görə, tərəflər arasında şərikli ticarət fəaliyyəti ilə bağlı şifahi razılaşma mövcud olsa da, kommersiya subyektləri arasında yaranan mübahisələrdə hüquqi müəyyənlik və risklərin idarə olunması baxımından yazılı müqavilənin bağlanması məqsədəuyğundur. Ali Məhkəmə həmçinin vurğulayıb ki, kommersiya münasibətləri daha sistemli, mürəkkəb, gəliryönümli, risk və məsuliyyət daşıyan fəaliyyəti ehtiva edir. Buna görə də, bu münasibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartları daha yüksəkdir. 
Nəzərə alınmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb tərəflərin düşünülmüş qərar verməsini, mülki dövriyyənin sabitliyini təmin edir, eyni zamanda sübutetmə şərti olaraq çıxış edir. 

İddiaçı cavabdehdən şəriklik münasibətlərinə istinadla pul tələb etdikdə, onun tərəfindən birgə fəaliyyətin şərtləri, o cümlədən iddia edilən qaydada şəriklik fəaliyyətinin həyata keçirilməsi (maliyyə vəsaitinin məhz iddiaçı tərəfindən qoyulması, cavabdehin heç bir vəsait qoymadan yalnız icraçı olması  və.s ) sübut olunmalıdır.  İddia tələbinə qiymət verilərkən bu xüsusatlar nəzərə alınmalıdır. 

Sonda Ali Məhkəmənin qərarına əsasən, kassasiya şikayəti təmin edilib, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunub və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://unikal.az
archiveBu xəbər 13 Mart 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri