Icma.az
close
up
RU
Məhkəmə Ceyhun Cəfərovun xüsusi müsadirə edilən torpaq sahəsi ilə bağlı qərar verdi

Məhkəmə Ceyhun Cəfərovun xüsusi müsadirə edilən torpaq sahəsi ilə bağlı qərar verdi

Pravda.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şirvan Apellyasiya Məhkəməsində Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş və bir müddət əvvəl azadlığa buraxılmış icra başçısı Ceyhun Cəfərovun əmlakı ilə bağlı məhkəmə qərardan həyat yoldaşı tərəfindən verilən apellyasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, eks-icra başçısının həyat yoldaşı müdafiəçi vasitəsi ilə birinci instansiya məhkəməsinin hökmünün Ceyhun Cəfərova münasibətdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyani torpaq sahəsinin xüsusi müsadirə edilməsi hissədə ləğv edilməsi və əmlak üzərində olan həbsin götürülməsi xahiş olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmirdəki qanun pozuntularına qarşı əməliyyat keçirib. Əməliyyat çərçivəsində rayonun icra başçısı və başqa vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilib.


Ceyhun Cəfərov ilk növbədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb.


Cəza müddətində Ceyhun Cəfərov 2 ilini təcridxanada, 1 il 2 ayını ümumi rejimli cəza müəssisəsində, qalan 1 il 2 ayını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib. Məhkum son aylarda müdriyyətin icazəsi ilə müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilib. Bu ilin fevralında isə Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb.


Xatırlatma: Ceyhun Cəfərovun həyat yoldaşı sözügedən əmlakla bağlı məhkəməyə müraciəti edən zaman keçmiş icra başçısının cəzaçəkmə müddəti hələ yekunlaşmamışdı. Həmin qərar Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatandan sonra çıxarılıb.

Kamal Məmmədov 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Aprel 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaxanım ana oldu

04 İyul 2025 15:22see141

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see129

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see126

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see125

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see125

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see121

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see121

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see118

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see118

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see118

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see117

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see116

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see114

Şəmkirdə 3 nəfər göldə boğuldu

04 İyul 2025 18:10see113

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see112

BŞİH Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piketlə bağlı müraciəətinə cavab verib

04 İyul 2025 18:20see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri