Elvin Cəfərovun məhkəmə prosesi başlayıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərovun milyonluq mənimsəmə işi dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi üzrə məhkəmə baxışı dekabrın 26-na təyin edilib.
Qeyd edək ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.
Bu ilin may ayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib.
E.Cəfərov ötən ilin dekabrında hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 12 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















