Icma.az
close
up
RU
Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilir.

Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən xəbər verilib.

Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun açıq müsabiqələr əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik mütəxəssislərlə komplektləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Hazırda Mərkəzin Müsabiqə Komissiyası tərəfindən Gəncə regional bölməsində kimya ixtisası üzrə vakant ştat vahidinin olması ilə bağlı növbəti açıq müsabiqə elan edilir.

Göstərilən ixtisas üzrə vəzifədə işləmək arzusunda olan, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun tələblərinə cavab verən, ali təhsilli, zəruri nəzəri və peşə hazırlığına malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Müraciət edənlər 2025-ci ilin 1 iyul tarixindən 1 sentyabr saat 18:00-dək müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda təqdim edə bilərlər:

- Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binası
(Bakı şəhəri, Xaqani küçəsi, 24, tel: (012) 498-09-71);

- Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsi
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, tel: (+99455) 424-58-00);

- Məhkəmə Ekspertizası Mərkəzinin Şəki regional bölməsi
(Şəki şəhəri, Salman Mümtaz küçəsi 316, tel: (+99470) 297-18-11);

- Məhkəmə Ekspertizası Mərkəzinin Şirvan regional bölməsi
(Şirvan şəhəri, 20 yanvar küçəsi 16, tel: (02121) 5-55-91), (+99455) 782-61-51) ;

- Məhkəmə Ekspertizası Mərkəzinin Lənkəran regional bölməsi
(Lənkəran şəhəri, Qala Xiyabani küçəsi 13, tel: (02525) 5-01-36, (+99455) 282-82-85);

- Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt regional bölməsi
(Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 29 cu məhəllə, 7/22,
tel. (+99455) 710-25-31).

Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” Mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilib. Bu sənədlər Mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə də təqdim olunacaq.

Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 İyul 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see261

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see203

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see168

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see147

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see138

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see132

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see130

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see129

HƏMAS üçün alternativ yol qalmayıb ŞƏRH

02 Oktyabr 2025 18:33see126

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see126

Polkovnik yeni generaldan yazdı: “Atası...”

02 Oktyabr 2025 18:04see123

Uitaker Alyans ölkələrindən Rusiya qazını almamağı istəyib...

02 Oktyabr 2025 21:07see123

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see123

Maarifləndirici sosial verilişlər təşkil olunmalıdır SOSİOLOQ DANIŞDI

03 Oktyabr 2025 09:57see123

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see120

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see119

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see117

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see116

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see115

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri