Icma.az
close
up
RU
Məhkəmə generallar Bərxudarov və Babayev haqda korrupsiya ittihamlarını DTXya göndərdi

Məhkəmə generallar Bərxudarov və Babayev haqda korrupsiya ittihamlarını DTXya göndərdi

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Müdafiə Nazirliyi və tabe qurumlarda 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işi üzrə həbsdə olanlardan biri - Quru Qoşunları Maliyyə İdarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov tələb irəli sürmüşdü. O, generallar Mais Bərxudarov və Münasib Babayev də daxil, 20-yə yaxın şəxsin məhkəməyə çağrılıb dindirilməsini istəmişdi. Məhkəmə dindirmə tələbi ilə razılaşmasa da, B.Bayramovun ərizəsində o adamlarla bağlı yazılanların araşdırılması üçün onu Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX-ya) göndərmək qərarı verib.

Polkovnik Bayramov daha üç nəfərlə - Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədov, Hərbi Hava Qüvvələri Maliyyə İdarəsinin sabiq rəisi Cəlal Kazımov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinə rəhbərlik etmiş Vüsal Əlizadə ilə birlikdə mühakimə edilir.

Bakı Hərbi Məhkəməsində, az qala, ilyarımdır sürən mühakimə yekunlaşmaqdadır

Artıq dindirmələr və sənədlərin tədqiqi mərhələsi də bitib. Növbəti məhkəmə iclasında prokurorun təqsirləndirilən general və polkovniklərə cəza istəyəcəyi gözlənilir.

Bu dəfə dövlət ittihamçısı ötən məhkəmə iclasında B.Bayramovun təxminən bir ay öncə vəzifəsindən azad edilən korpus komandirləri M.Bərxudarov və M.Babayevin ünvanına səslənən korrupsiya ittihamları, eləcə də onların sürücüsü, aşpazı, mühasibi, yavəri və başqa vəzifələrdə çalışmış 15-ə yaxın şəxsin məhkəmədə dindirilməsi barədə vəsatətə münasibət bildirib.

Polkovnik Bayramov bu şəxslərin dindirilməsi haqda tələbini belə əsaslandırmışdı ki, M.Bərxudarov və M.Babayev hətta evlərinin, ailələrinin də xərclərini onlara ödətdirirdi. İndi isə həmin xərclər yeyinti kimi onların üzərində qalıb.

Həmin dövrdə M.Babayev hələ korpus komandiri yox, M.Bərxudarovun rəhbərlik etdiyi II korpusda (Beyləqan korpusunda) qərargah rəisi idi.

B.Bayramovun dediyinə görə, general Bərxudarov üçün hər ay Beyləqanda "Real" adlı ərzaq mağazasına və "Zirvə" adlı hədiyyə-dəftərxana ləvazimatları mağazasına 2 min manat pul ödənilirdi. Bu, 24 ay davam edib və toplam 48 min manat pul xərclənib. Mağazalardan alınan malları isə Bərxudarovun yavəri Ülfət Abbasquliyev, sürücüsü, ya da mühasibi götürüb aparırdı.

General Münasib Babayev "Qızdırıcı üçün 8 min manat ödəmişəm"

O, M.Babayevə hər ay 3 min manat verdiyini vurğulayıb. Bu, 26 ay sürüb və toplam 78 min manat ödənib: "Bundan başqa, Hadrut qəsəbəsindəki evinə alınan qızdırıcı üçün 8 min manat ödəmişəm".

Onun sözlərinə görə, 2020-ci ilin dekabrından 2021-ci ilin avqustunadək M.Babayevin Hadrutdakı evinin xərclərindən ötrü də 6 min manat gedirdi. Alış-verişlə ya generalın sürücüsü Xəyal, ya da aşpazı məşğul olurdu: "Pulları mühasibə verirdim. Hələ mən ad günü, bayramlara görə verilənləri saymıram".

B.Bayramov söylədiklərini sübuta yetirmək üçün generallar Bərxudarov və Babayevdən başqa, Ülfət Abbasquliyevin, Xalid Məmmədovun, Rəşad Salmanovun, Bəxtiyar Əliyevin, Orxan Cavadlının, Hamlet Allahverdiyevin, Rüfət Quliyevin, Namiq Məmmədovun, Əli Hümbətzadənin, Cavid Eyvazovun, Fərrux Xəlilov və digərlərinin də məhkəmədə dindirilməsini istəyib.

Əsas işin istintaqı davam edir

İstər prokuror, istərsə hakimlər həmin şəxslərin hazırda məhkəmədə baxılan cinayət işinə aidiyyəti olmadığı qənaətinə gəlsələr də, DTX-nın İstintaq Baş İdarəsində 143 milyon manatlıq yeyintiyə dair cinayət işi bağlanmayıb. Məhkəməyə göndərilərkən cinayət işləri ayrılsa da, əsas iş yerində qalır və istintaq davam edir. Prokuror da təklif edib ki, hakimlər istəsə, öz təşəbbüsü ilə B.Bayramovun qaldırdığı vəsatəti araşdırılmasından ötrü istintaq orqanına göndərə bilər.

Məhkəmə qərarında da vurğulayıb ki, polkovnik Bayramovun vəsatətində cinayət xarakterli məlumatlardan bəhs olunur. Bu səbəbdən onun ərizəsi araşdırılıb, hüquqi qiymət verilməsindən ötrü istintaq orqanına – DTX-nın İstintaq Baş İdarəsinə göndərilir.

M.Bərxudarov və M.Babayev ünvanlarına səslənən korrupsiya ittihamlarına cavab verməyiblər.

Xatırlatma

2022-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Müdafiə Nazirliyində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi Nizami Məmmədov, Satınalmalar və Təchizat İdarəsinə rəhbərlik etmiş Məlikməmməd Qurbanov, Mənzil İstismar İdarəsinin sabiq rəisi Fikrət Mirzəyev də daxil, 15 nəfərə yaxın vəzifəli şəxs həbs olunub.

DTX-nın İstintaq İdarəsində istintaqı ilyarıma yaxın sürən cinayət işində Müdafiə Nazirliyi sistemində toplam 143 milyon manatlıq yeyintidən söhbət gedir. İddia olunur ki, mənimsəmə, əsasən, ərzaq, avadanlıq alınarkən qiymətlərin şişirdilməsi, tenderlərdə qalib elan edilən şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsinin geri alınması və s. yollarla baş verib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifədən sui-istifadə etmə), 313-cü (vəzifə saxtakarlığı) və başqa maddələrinə dayanaraq suçlanıblar. Bu maddələrdə 14 ilədək həbs cəzası nəzərdə tutulub.

Bu cinayət işi üzrə məsuliyyətə cəlb olunan şəxslərin işləri sonradan ayrı-ayrılıqda məhkəməyə göndərilib. Onlardan bəziləri tək mühakimə olunsa da, bəziləri qrup şəklində məhkəmə önünə çıxarıldı. Onlardan bəziləri – Məlikməmməd Qurbanov, Mahir Şirvanovun məhkəməsi yekunlaşıb. Polkovniklərə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunub. Hakimlər yüngülləşdirici hallardan biri kimi polkovniklərin öz paylarına düşən ziyanı – mənimsədikləri iddia olunan məbləğləri ödəmələrini göstəriblər. Hərəsinə 3-4 il həbs cəzası kəsilib. Amma prokurorluq bundan narazı qalıb və apellyasiya protesti verib./anaxeber.info/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see122

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri