Icma.az
close
up
RU
Qatlanan bıçağı balta əvəzləyəcək? Həllini gözləyən təfəkkür və yanaşma məsələsi

Qatlanan bıçağı balta əvəzləyəcək? Həllini gözləyən təfəkkür və yanaşma məsələsi

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Elşad Məmmədli yazır

Neçə gündür mediada, sosial şəbəkələrdə qatlanan cib bıçaqları ilə bağlı polemika gedir. Onların gəzdirilməsinin, satışının qadağan olunmasının vacibliyi vurğulanır, bunun müvafiq yolları axtarılır.

Səbəbini şübhəsiz ki, yəqin etdiniz, son vaxtlar bıçaqlanma cinayətlərinin artması, xüsusən bu əməllərin yeniyetmə və gənclər tərəfindən də törədilməsinin az qala adi hala çevrilməsi ciddi narahatlıq doğurur.

Məsələ artıq parlament səviyyəsində müzakirəyə çıxarılıb. Deputat Müşfiq Cəfərli bir neçə gün öncə bu barədə çağırış edib, cib bıçaqlarının daşınmasının, satışının qarşısının alınması təklifini verib.

Şübhəsiz, bütün hallarda millət vəkilinin bu məsələni gündəmə gətirməsi faydalıdır.

Çünki ümumilikdə statistika vahiməli mənzərə ortaya qoyur. Yaşlı-cavan fərqi yoxdur, bıçaqla törədilən cinayətlər narahatedici həddədir.

Müəyyən kəsim yeniyetmə və gənclərdə də bıçağa xüsusi bir "sevgi" var.

Əvvəlcə bunu qeyd edim, belə beyniqanlı yeniyetmə və gənclərə izah olunmalı, aşılanmalı, çatdırılmalıdır ki, onların "vurub-tutan" cayıl olaraq öz aləmlərində daha çox istinad etdikləri köhnə kişilər yerli-yersiz bıçağa əl atmağı birmənalı şəkildə zəiflik sayıblar. Əski dönəmlərdə belə bir deyim vardı ki, hünərli oğul sözünə, özünə, qoluna, yumruğuna güvənər, bıçağa, daşa yox!..

Hərçənd mənə görə insan ümumiyyətlə dalaşmamalıdır, ağlı, təfəkkürü ilə həll etməlidir bütün məsələləri.

Sivil yaşamalıdır Adəm övladı. Fərdi kəllələşmələr, qantökmələr bitərsə, gələcəkdə bəlkə müharibələr də olmaz. Hər şey fərdi inkişafdan, şəxsi dəyişimlərdən başlayır axı.

Hazırda dartışılan bıçaq müzakirəsinin vurğusu da məhz bu yöndə olmalıdır.

Yəni biz dükan-bazardan cib bıçaqlarının satışını yığışdırmaqla istədiyimiz, arzuladığımız nəticəyə nail ola bilmərik.

Əgər haqqında söhbət açılan yeniyetmə, gənclərin təfəkkürü, yanaşmaları dəyişməzsə, onlar kriminal əməllər, qatlanan cib bıçağı tapıb almaq əvəzinə kitab qatı açmaq, beynində qırışların sayını artırmaq barədə düşünməsə, qadağalar elə bir effekt verməyəcək.

Məsələn, düşüncə tərzi sağlamlaşmamış kriminal mahiyyətli bir gənc dükanda cib bıçağı tapa bilməyəndə gedib ülgüc alacaq.

Kustar üsulla biz, əmud, beşbarmaq, qəməlti düzəldəcək, tornaçıya hazırlatdıracaq, yaxud mətbəx bıçağını, mini baltanı, xırda dəhrəni toqqasına taxıb küçələrdə dolaşacaq.

Günah cib bıçağında, onu satanda deyil. Günahkar onu təyinatı üzrə istifadə etməyən insandır, daha böyük anlamda yanaşsaq, müəyyən cahil kəsimdir.

Belə bir deyimi unutmayaq: "Skalpel (cərrah bıçağı) həkim əlində şəfa, cani əlində cinayət alətidir"...

Üzərində soyuq silah daşımağa inzibati nəzarət tədbirləri tələbinə gəlincə, ölkədə təxminən 3 milyon yeniyetmə və gənc var, polis hər gün iş-gücünü atıb bununla məşğul olmalıdır?! Və küçədə gedən adamların bir-bir ciblərini yoxlamaq da mümkün deyil axı.

Onun üstünə getmək lazımdır ki, bu kriminal meyillər haradan, nədən qaynaqlanır?

Təbii, ümumiləşdirib deyə bilərik ki, müəyyən bir zümrədəki cəhalətdən, gerizəkalılıqdan, savadsızlıqdan, maarifsizlikdən.

Burada bir haşiyə çıxım. Əslində, statistika göstərir ki, bütövlükdə gənclərlə bağlı pessimist olmaq lazım deyil. Orta məktəblərdə yaxşı oxuyan, ali təhsil alan, yüksək mədəniyyətə sahib, ölkə və dünya miqyasında mühüm uğurlar qazanan, ictimai fəallığı artan, ölkənin idarəetməsində yer alan gənclərin sayı ilbəil artır. Onlara qayğı və etimad da böyükdür.

Amma dünyanın heç yerində toplumlar yeknəsəq deyil. Bu baxımdan son illərdə təəssüf ki, gənclər və yeniyetmələr arasında arzuolunmaz, kriminal davranış metodlarına üstünlük verənlərin də sayının artdığını müşahidə edirik.

Belə mənfi tendensiyaların qarşısını almaq üçün ilk növbədə ciddi maarifləndirici tədbirlərə ehtiyac var - təfəkkür, yanaşma tərzləri sağlamlaşdırılmalıdır. Özbaşına olası da deyil.

Bu prosesdə müvafiq rəsmi qurumların, medianın, QHT-lərin, xüsusən məktəblərin üzərinə böyük məsuliyyət düşür.

Deputatlar xalqın təmsilçisi olduqları üçün onlar daha çox önə çıxmalıdırlar. Seçildikləri dairələrdə mütəmadi olaraq gənclər, yeniyetmələrlə görüşlər keçirməli, özləri ilə sayılıb-seçilən ziyalıları, cəmiyyətşünasları aparıb müzakirələr təşkil etməlidirlər...

Xarakterində, yanaşmalarında problemlər, radikallıqlar olan yeniyetmə və gənclərin əksəri təbii ki, ali təhsilə yönəlmir, 9-cu sinfi bitirdikdən sonra (bəziləri daha tez) sərgərdan həyatı sürür və kriminallaşırlar. Onların qurbanları əksər vaxtlarda oxuyan, sakit yeniyetmələr, gənclər olur.

Arzuolunmaz həyat tərzinə alışıq, yaxud vadar olanlarla ciddi iş aparılmalı, mütləq bir peşəyə yönəldilməlidirlər.

TV-lərdə aqressiv, qanundankənar yaşama, davranışlara sövq edən, belə nümunələr aşılayan seriallar yığışdırılmalıdır!

Sosial şəbəkələrdə kriminal "həyatı" təbliğ edən səhifələr bloklanmalı, bunu edənlər ağır cəzalandırılmalıdır.

Bütövlükdə sağlam cəmiyyət formalaşdırmaq, kriminal meyilləri minimuma endirmək əlbəttə ki, asan iş sayıla bilməz. Buna çoxdan başlanılmalı idi. Ancaq heç zaman heç nə gec deyil...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://oxu.az
archiveBu xəbər 25 Yanvar 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see551

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see499

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see378

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see318

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see270

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see249

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see241

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see222

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see216

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see212

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see204

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see202

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see198

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see192

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see191

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see185

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see184

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see180

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri