Məhkəmə Hüseyn Həsənovun 46 milyonluq mənzilini müsadirə edib
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moskvanın Presnenski Rayon Məhkəməsi tanınmış bloqer Hüseyn Həsənovun “Moscow City” kompleksində yerləşən, dəyəri 46 milyon rubl olan apartamentinin dövlətin xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.
Bundan əlavə, məhkəmə bloqeri cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılmasına (pul yuyulmasına) görə 1 milyon rubl məbləğində cərimələyib.
Hakim bildirib ki, 46 milyon rubl dəyərindəki qeyri-yaşayış sahəsi Rusiya dövlətinin mülkiyyətinə keçiriləcək.
Bundan əvvəl Hüseyn Həsənovun pul yuyulmasında təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edildiyi barədə məlumat yayılmışdı. Hökmə əsasən, cəza müddəti onun saxlanıldığı və ya ekstradisiya edilərək Rusiyaya təhvil verildiyi vaxtdan hesablanacaq.
Eyni zamanda, Rusiya prokurorluğunun digər tanınmış bloqer Valeriya Çekalinanın (Lerçek) işi üzrə rayon məhkəməsinin qərarından apellyasiya şikayəti verməyə hazırlaşdığı bildirilib.
İttiham tərəfi bloqer barəsində daha ağır cəzanın təyin edilməsini tələb edir və Moskva Şəhər Məhkəməsinin ona 6 il şərti azadlıqdan məhrumetmə cəzası verməsini istəyir.
Baxış sayı:159
Bu xəbər 05 Avqust 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















