Icma.az
close
up
RU
Məhkəmə iranlı iş adamı və dəstə üzvləri ilə bağlı qərarı açıqladı

Məhkəmə iranlı iş adamı və dəstə üzvləri ilə bağlı qərarı açıqladı

Icma.az, Pravda.az portalına istinadən məlumat verir.

Ali Məhkəmədə qəsdən adam öldürmə, hədə-qorxu ilə tələb etmə, quldurluq və adam oğurluğunda təqsirləndirilən İran vətəndaşı Bəşir Qəhrəmani, onun mütəşəkkil dəstəsinin üzvləri - İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest və şikayət təmin edilməyib.

İttihama görə, 30 mart 2017-ci ildə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Valeh Nəcəfovun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən baş nahiyəsinə odlu silahdan açılan atəşlə qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri başlanaraq istintaqı aparılan cinayət işi üzrə axtarışda olan şəxslərdən biri tutularaq istintaqa cəlb edilib.

Belə ki, qeyd edilən cinayət əməlinin törədilməsində iştirak edən qrup üzvləri – İran İslam Respublikasının vətəndaşı Bəşir Qahramani, İlham Həsənov, Rəşad Qurbanov, Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub, həmin təqsirləndirilən şəxslər barəsində cinayət işi 24 may 2019-cu ildə məhkəməyə göndərilməklə barələrində ittiham hökmü çıxarılıb.

Cinayət əməlinin törədilməsində təqsirli bilinən Azərbaycan vətəndaşı Samir Kazımov və İran İslam Respublikasının vətəndaşı Həsən Rəhbəriqaradağlı Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və digər müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, istintaqdan qaçıb gizləndiklərindən 1 may 2017-ci il tarixdə barələrində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində axtarışda olan təqsirləndirilən şəxs Samir Kazımov 12 may 2022-ci il tarixdə tutulub, 18 may 2022-ci ildə ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 221.2.1 və digər maddələri ilə ittiham elan edilib.

İttihama görə, iranlı iş adamı Bəşir Qəhrəmani şəriki Valeh Nəcəfovun qətlinin sifarişini verib. Bu sifarişi iranlı iş adamından İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanov alıb. Onlar bu cinayətin sifarişini dəstənin digər üzvlərinə veriblər.

İstintaq sənədlərinə görə, 2017-ci ilin martında Xırdalan şəhərinin 28-ci məhəlləsində çay evlərinin birinin qarşısında 47 yaşlı Nəcəfov Valeh Əzizağa oğlu baş nahiyəsindən güllə ilə vurularaq qətlə yetirilib, digər şəxs isə - 32 yaşlı Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğlu yaralı halda 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb.

İlkin müayinələr zamanı məlum olub ki, Xəyal Paşayev 3 güllə yarası alıb. Güllələrdən heç biri onun bədənində qalmayıb.

Güllələr onun qarın divarını, çiynini və sol qolunu deşərək keçib.

Atışma yerində dünyasının dəyişən şəxsin isə əlində “Makarov“ tipli tapança olub, həmçinin ərazidən 7-dən artıq giliz aşkar edilərək götürülüb.

Cinayət yerində rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları da olublar.

Xəyal Paşayev polis nəzarətində müalicə alandan sonra xəstəxanadan həbsxanaya köçürülüb.

İstintaq zamanı məlum olub ki, tanışı Xəyal Paşayevə Valeh Nəcəfovun İranlı şərikinə olan 30 min ABŞ dollar borcunu ödəmək istəmədiyini deyib və pulun alınmasında iranlı iş adamı Bəşir Qəhrəmaniyə köməklik göstərilməsini xahiş edib.

Xəyal Paşayev bir müddət Valeh Nəcəfovu izləyib.

Martın 29-u Xəyal Paşayev, Kənan Həsənov, Hilal Bayramov, Allahverdi Ruzpeykar Valehin yaşadığı evin qarşısına gəlib, onu Xəyal Paşayevə məxsus "Mersedes" markalı avtomobilə mindirib Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən kafelərdən birinə aparıblar.

Xəyal orada Valehə zərbələr endirib və hədə-qorxu ilə ondan iranlı şəriki Bəşir Qəhrəmaniyə olan borcunu ödəməsini tələb edib.

Daha sonra Valeh Nəcəfovu dəstə üzvü və Xəyal Paşayevin bacanağı olan Məhəmməd Əhmədova məxsus bağ evinə aparıblar. Orada onu soyunduraraq döyüblər.

Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. Hədə-qorxu və aldığı zərbələrdən sonra Valeh həyat yoldaşına məxsus qızılları borc əvəzinə verməyə razılaşıb.

Bundan sonra Valeh Nəcəfov yaşadığı evə gətirilib, 15000 dəyərində bir cüt briliyant qaşlı sırğa və qızıl üzük dəstini həyat yoldşından alaraq Xəyala verib.

Razılaşıblar ki, səhəri gün görüşüb borc mübahisəsini həll etsinlər.

Səhəri gün Xəyal Kənan Həsənova göstəriş verib ki, Valehlə onu Xırdalandakı kafelərdən birində gözləsin. Xəyal Paşayev özü isə dəstənin digər üzvləri ilə qızılı satmaq üçün müxtəlif şəxslərə təklif ediblər.

Lakin onları razı salan məbləğ deyilmədiyindən qızılları satmayıblar və kafedə olan Kənanla Valehin yanına gəliblər.

Burda dəstə üzvləri Valeh Nəcəfovu söyüb-döyüblər.

Bu zaman Valeh Nəcəfov özünü müdafiə üçün üzərində olan silahı çıxararaq atəş açıb.

İttihama görə, daha sonra dəstə üzvlərinin müdaxiləsi ilə silah Valeh Nəcəfovdan alınıb. Silahı əlinə götürən Xəyal Valeh Nəcəfova atəş açaraq onu qətlə yetirib. Atışma zamanı Xəyal Paşayev özü də 3 güllə yarası alıb.

Qonşusu təcili tibbi yardım çağırıb. Bundan sonra yaralı Xəyal Paşayev xəstəxanaya aparılıb.

Kənan Həsənov hadisədən bir gün sonra saxlanılıb. Saxlanılan zaman onun üzərindən narkotik maddə də aşkarlanıb. Keçirilən əməliyyat tədbirləri ilə Bilal Bayramov, Allahverdi Ruzpeykar və Məhəmməd Əhmədov tutularaq istintaqa təhvil verilib.

İstintaq orqanı mütəşəkkil dəstənin üzvləri Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədova Cinayət Məcəlləsinin 11 maddəsi ilə ittiham elan edib.

Bu şəxslərin cinayət işi ayrıca icraatda araşdırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 11 maddəsi ilə təqsirləndirilən Xəyal Paşayev 19 il, Kənan Həsənov 18 il, Bilal Bayramov 18 il, Allahverdi Ruszpeykar 13 il və Məhəmməd Əhmədov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Daha sonra həbs edilən Samir Kazımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəşir Qəhrəmani, İlham Həsənov, Miskin Qasımov, Rəşad Qurbanovun hər birinə 18 il həbs cəzası verilib. Sumqayıt Apellyasiya Məhkəməsi onların qəsdən adam öldürmə maddəsinə bəraət verib və cəzaları 15 ilə endirilib.

Kamal Məmmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://pravda.az
archiveBu xəbər 05 May 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naxçıvanda avtomobil idarəetməni itirərək yoldan çıxıb, ağaca çırpılıb FOTOLENT

04 May 2025 19:25see183

Ukrayna məktəbləri dövlət dilində ünsiyyətin yoxlanılmasına başlayır

03 May 2025 19:09see176

Pensiyaların verilmə tarixi ilə bağlı YENİ AÇIQLAMA

03 May 2025 21:05see161

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see151

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see144

“Euronews” kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb

03 May 2025 15:14see137

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see134

Bakıda bu ərazilərdə 10 yeni metro stansiya tikiləcək RƏSMİ

03 May 2025 15:46see134

Keçmiş baş nazirə 34 il həbs cəzası

03 May 2025 17:10see128

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see125

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see123

Birol Akgün: 1926 cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik

03 May 2025 18:47see122

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see122

Ata balasına kömək üçün yalvarır: Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır

03 May 2025 18:36see119

Zədələnən qapıçının beyni silkələnib

03 May 2025 16:15see117

Səhər yeməyinin faydaları

04 May 2025 07:01see114

Bavariya xal itirdi, Borussiya dan darmadağın

04 May 2025 00:08see113

Marvel in yeni filmlərinə maraq azalır

05 May 2025 08:38see112

Kümçülərə ipəkqurdunun paylanmasına başlanılıb

03 May 2025 16:47see111

“Böyük Dəbilqə”nin son günündə daha 4 şans

04 May 2025 14:02see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri