Məhkəmə jurnalist Arzu Sadayoğlunun apellyasiya şikayətini təmin etmədi
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Gəncə Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən bloger-jurnalist Arzu Sadayoğlunun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, bloger-jurnalist Arzu Sadayoğlu Mədəniyyət Nazirliyinin Tovuz rayon Mədəniyyət Mərkəzinin rəhbərini şantaj edərək ondan 6 min manat tələb edib. O, şikayət əsasında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Arzu Sadayoğlu 7 il azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan bloger-jurnalist apellyasiya şikayəti verib.
Kamal Məmmədov


