Məhkəmə Nəzakət Məmmədovanın apellyasiya şikayətini təmin etmədi
Bakı Apellyasiya Məhkəməsində özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Nəzakət Məmmədova Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunur. İttihama əsasən, o, “jurnalist” və “siyasi şərhçi” adı altında Rusiyanın maraqlarına xidmət edib.
Nəzakət Məmmədova ötən ilin oktyabr ayında saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanətdə ittiham olunan siyasi şərhçiyə 13 il həbs cəzası verilib.
Kamal Məmmədov