Icma.az
close
up
RU
Məhkəmə Şəmkirin həbsdə olan sabiq icra başçısının əmlakları ilə bağlı qərar verib

Məhkəmə Şəmkirin həbsdə olan sabiq icra başçısının əmlakları ilə bağlı qərar verib

Icma.az bildirir, Sia Az portalına istinadən.

Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə verilmiş kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib. SİA-nın məlumatına görə, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə onun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı şikayəti təmin edilməyib.

Həmçinin Alimpaşa Məmmədov cəzası ilə bağlı verdiyi kassasiya şikayətini geri götümək üçün məhkəməyə müraciət edib.

Onun gələcəkdə yenidən cəza ilə bağlı kassasiya şikayəti vermək hüququ saxlanılmaqla müraciət təmin edilib.
Xatırladaq ki, sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü ilin iyun ayında olan hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun həbs cəzası 10 il 6 aya endirilib.

A.Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Ona AR Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyun 2025 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see194

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see184

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see156

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see149

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see140

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see139

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see128

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see125

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see124

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see124

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see123

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see122

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see118

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri