Icma.az
close
up
RU
Məhkəmə Şərurlu İsfəndiyar la bağlı DİN ə sorğu verəcək FOTO YENİLƏNİB

Məhkəmə Şərurlu İsfəndiyar la bağlı DİN ə sorğu verəcək FOTO YENİLƏNİB

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələr izah edilib. Xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verib.

O, vəsatətində İsfəndiyar Axundovun barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib: “İsfəndiyar Axundov 6 iclasda iştirak etməyib. Növbəti proseslərdə iştirak edib-etməyəcəyi sual altındadır. Məhkəmənin uzanmasının səbəblərindən biri də budur”.

İsfəndiyar Axundovun vəkili Şahbaz Kərimov bildirib ki, məhkəmə müdafiə etdiyi şəxs prosesə gəlmədiyi üçün uzanmır: “Biz ötən proseslərin birində iştirak edəcəkdik. Lakin qarşı tərəf prosesin təxirə salınmasını istədi. Bunun üçün də proses baş tutmadı. Eyni zamanda, mətbuatda da dərc olunan məlumatdan da aydındır ki, İsfəndiyar Axundovun savadı yoxdur və hüquqi prosesləri bilmir. Onun üçün də vəsatəti əsassız hesab edirik və təmin olunmamasını istəyirik”.

Məhkəmə vəsatəti təmin etməyib.

Şikayətçi tərəfin növbəti vəsatəti İsfəndiyar Axundov ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olub. Vəkil Asim Abbasov bildirib ki, İsfəndiyar Axundov imkanlı şəxsdir və istənilən zaman ölkəni tərk edə bilər: “Bu da məhkəmə prosesinin süni şəkildə uzadılmasına gətirib çıxara bilər. Əgər onun barəsində hansısa qətimkan tədbiri seçilsəydi, buna ehtiyac olmazdı”.

İsfəndiyar Axundov vəsatətə münasibət bildirib: “Emil Səməndərovun vətəndaşlara vurduğu ziyanı mən ödəyirəm. Zalda zərərçəkənlər var. Onlar bəzən mən işlədiyim şirkətin qarşısına gəlib şikayət edirlər. Elə bilirlər günahkar mənəm. Lakin bu, belə deyil. Bəzən özüm deyirəm ki, məni də həbs edin. Mənim canım irəli sürülən ittihamlardan qurtarsın. Amma dövlət mənə deyir ki, sən işini gör”.

O, vəsatətlə bağlı vəkili ilə razı olduğunu deyib.

Məhkəmə vəsatəti təmin etməyib. Şikayətçi tərəfin növbəti vəsatəti İsfəndiyar Axundov barəsində müvafiq orqanlara sorğu verilməsi ilə bağlı olub.

Vəkil Asim Abbasov İsfəndiyar Axundovun məhkum olunubb-olunmamasıı, barəsində cinayət təqibinin olub-olmaması barədə müvafiq orqanlara sorğu verilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edərək DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi barədə qərar qəbul edib.

Proses mayın 24-də davam etdiriləcək.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

***

Türkmənistanın Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir

Türkmənistan vətəndaşı, 2000-ci il təvəllüdlü Saparov Atarejep Agajepbaroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən təmin edilib.

Saparov Atarejep Agajepbaroviç şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət əməllərinin törədilməsində ittiham edildiyindən beynəlxalq axtarışa verilib, o cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkmənistanın səlahiyyətli orqanına təhvil verilib.

***

14.54

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla bağlı ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilir.

APA xəbər verir ki, İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesə qatılıb.

Xatırladaq ki, ötən prosesdə xüsusi ittiham qaydasında şikayət verən Emil Səməndərovun müdafiəçisi Asim Abbasov İsfəndiyar Axundovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatətin baxılmamış saxlanılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 May 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri