Məhkəmə tanınmış idmançılarla bağlı qərar çıxardı
Bakı Apellyasiya Məhkəməsində MMA və Qrapplinq Federasiyasının həbsdə olan qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Qeyd: Hadisə 2023-cü ilin noyabrında Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.
Səbail Rayon Məhkəməsinin hökmü ilə T.Musayevdən başqa idmançıların hər biri 6 ay azadlıqdan məhrum edilib. T.Musayev isə 1500 manat cərimə cəzasına məhkum edilib. İdmançılar 28 gün sonra azadlığa buraxılıblar.
Kamal Məmmədov