Məhkəmə zalından çıxarkən Yermaka yumurta atıblar
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski administrasiyasının keçmiş rəhbəri Andrey Yermaka məhkəmə binasından çıxarkən naməlum şəxs tərəfindən yumurta atılıb.
Moderator.az xəbər verir ki, bu barədə "Teleqraf" nəşri məlumat yayıb.
Bildirilib ki, atılan yumurta Yermaka dəyməyib. Hücum edən şəxs uğursuzluğunu onun ünvanına emosional və nalayiq ifadələr səsləndirməklə "kompensasiya edib". Mühafizəçilər dərhal müdaxilə edərək hücumçunu uzaqlaşdırıblar, Yermak isə hadisə yerini tərk edib.
Qeyd edək ki, mayın 11-də Ukrayna Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşmış Antikorrupsiya Prokurorluğu (SAP) Andrey Yermaka cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması ittihamı ilə cinayət işi açıb. Onu bu maddə üzrə 15 ilədək həbs cəzası gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 May 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















