Məhkəmədən Afət Fərmanqızı ilə bağlı QƏRAR
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Müğənni Vəfa Şərifovanın qardaşı Rəşad Şərifovun Afət Fərmanqızına qarşı olan mülki iddiası ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Bakıvaxtı.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə Rəşad Şərifovun müğənni Afət Fərman qızına qarşı barəsində yayılmış məlumatların təkzib edilməsi, həmin məlumatların şəxsin şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilməsi və dəymiş mənəvi ziyana görə 100 min manat pulun müğənnidə tutularaq iddiaçıya ödənilməsi tələbinə baxılıb.
Məhkəmə yekun qərarı elan edib və müğənninin qardaşının iddiasını qismən təmin edib.
Belə ki, qətnamədə əksini tapan Afət Fərman qızı tərəfindən internet kanallarında (sosial şəbəkələrdə, YouTube kanallarında, Telegram və ya digər rəqəmsal platformalarda) işlədilmiş ifadələr Rəşad Şərifovun şərəf və ləyaqətini ləkələyən məlumatlar hesab edilib.
Eyni zamanda, dəymiş mənəvi ziyanın əvəzi olaraq 7 min manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 90 manat müğənni Afət Fərmanqızında tutularaq Şərifov Rəşad Şahyar oğluna ödənilməlidir.
Baxış sayı:83
Bu xəbər 09 Oktyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















