Memar ABB nin binasından şikayət etdi: “Artıq su sızır” FOTO
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
“Bu gün səhər Tağıyev küçəsində yerləşən ABB-nin Mərkəzi filialında idim. Tavanda iri su sızması izlərini görəndə mat qaldım!”
“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev “Facebook” səhifəsində yazıb.
O bildirib ki, vaxtilə təmir işlərinə görə bina bir neçə il bağlı qalıb: Dördpendirli pizza
“Axı keçmiş Rusiya Şimal Bankının binasında aparılan əsaslı bərpa işlərinin başa çatmasından cəmi bir neçə il keçib! Bu işlərə görə bina bir neçə il bağlı qalmışdı! 2019-2022-ci illərdə genişmiqyaslı işlər görülmüşdü, yəqin ki, 10-15 milyon, bəlkə də daha çox vəsait xərclənmişdi. Budur nəticə: tavandan artıq su sızır!
Görünür, bərpaçılar vəsaitin “mənimsənilməsi” prosesində tarixi binanın damının keyfiyyətli hidroizolyasiyası kimi “əhəmiyyətsiz” bir detalı unudublar.
Bəlkə də materiallar sadəcə başqa istiqamətə yönəldilib? Yaxud ümumiyyətlə, heç olmayıb? Hər halda, əsas odur ki, vəsait “mənimsənilib” — sifarişçilərin və podratçıların sevincinə. Görülmüş işlərin təhvil-təslim aktları da dəbli qalstuk taxmış sanballı məmurlar tərəfindən imzalanıb. Hamı razıdır. Memarlıq abidəsinin damı isə… dam növbəti bərpaya qədər gözləyər!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 06 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















