Icma.az
close
up
RU
Məhkəmələri, polisi və qanunları siyasi rəqiblərini sıradan çıxarmaq üçün silaha çevirir Qardaş ölkə demokratik idarəetmədən uzaqlaşır

Məhkəmələri, polisi və qanunları siyasi rəqiblərini sıradan çıxarmaq üçün silaha çevirir Qardaş ölkə demokratik idarəetmədən uzaqlaşır

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Prezident Rəcəb Tayyib Ərdoğan və onun rəhbərlik etdiyi AKP-nin siyasi addımları müxalifət və iqtidar arasında münasibətlərdə yeni gərginlik dalğasına səbəb oldu və ölkənin ən böyük şəhəri olan İstanbul siyasi böhranın mərkəzinə çevrildi.

Siyasi motivli məhkəmələr, mitinqlərə qadağalar, kütləvi həbslər və ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının(CHP) İstanbul qərargahının polis tərəfindən blokadaya alınması, Türkiyənin getdikcə daha çox demokratik standartlardan uzaqlaşdığını göstərir.

2 sentyabrda Türkiyə məhkəməsi 2023-cü ildə keçirilmiş CHP-nin İstanbul təşkilatının qurultayının nəticələrini ləğv etdi. “Prosedur pozuntuları” bəhanəsi ilə təşkilat sədri Özgür Çelik vəzifəsindən uzaqlaşdırıldı.

7 sentyabrda polis qüvvələri CHP-nin İstanbul qərargahını mühasirəyə aldı və faktiki olaraq blokada yaratdı.

Eyni zamanda hakimiyyət 7-10 sentyabr tarixlərində İstanbulun əsas rayonlarında — Beyoğlu, Beşiktaş, Şişli və Fatihdə bütün toplantı və mitinqləri qadağan etdi.

Müxalifət bu qərarları birmənalı olaraq siyasi motivli hesab edir və əslində Ərdoğanın məhkəmə sistemindən müxalifətə qarşı təzyiq vasitəsi kimi istifadə etməsi heç kim üçün sirr də deyil.

Beləliklə, ölkənin ən böyük müxalifət partiyasına dinc etirazlar qadağası qoyuldu.

İstanbul Türkiyənin təkcə mədəni və iqtisadi mərkəzi deyil, həm də siyasi mərkəzidir.
Ərdoğanın partiyasının 2019-cu il bələdiyyə seçkilərində İstanbulda məğlubiyyəti onun üçün ciddi zərbə oldu və “qansızan yara”sına çevrildi. O heç cür bu məğlubiyyəti unuda və İmamoğluya bağışlaya bilmir.

Siyasi böhran artıq Türkiyənin daxili məsələsi olmaqdan çıxıb.
CHP qərargahının blokadasından və etirazların başlanmasından sonra BIST 100(Türkiyənin əsas fond birjası) indeksinin dəyəri 3,5%-dən çox endi.

Beynəlxalq investorlar baş verənləri siyasi sabitliyin zəifləməsi və avtoritarizmin güclənməsi siqnalı kimi qiymətləndirir, bu isə ölkənin iqtisadiyyatı üçün yeni risklər yaradır.

İstanbul hadisələri hakimiyyətlə müxalifət arasındakı lokal münaqişə deyil.
Bu, Türkiyədə demokratiyanın dərin böhranının göstəricisidir.

Ərdoğan məhkəmələri, polisi və qanunları siyasi rəqiblərini sıradan çıxarmaq üçün silaha çevirib.

Əgər bu tendensiya davam edərsə, Türkiyə demokratik dövlət statusunu itirmək və de-fakto avtoritar rejimə çevrilmək riski ilə üz-üzə qalacaq.

Kamran Cəfərov

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Sentyabr 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri