Icma.az
close
up
RU
Dost və qardaş ölkə...

Dost və qardaş ölkə...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan - Qazaxıstan münasibətləri uğurla inkişaf edir

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Bu amil ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu Türk dövlətlərindən biri də Qazaxıstandır. Hər iki ölkənin dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin artan qarşılıqlı səfərləri münasibətlərin dinamikasını daha da gücləndirməkdədir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun martın 11-də Qazaxıstana  rəsmi səfəri də bu baxımdan əlaqələrin inkişafında mühüm hadisə kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində Ceyhun Bayramov Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniştərkibli görüş zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Tərəflər Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluqlarını bildirib, ölkələrimiz arasında ali və yüksəksəviyyəli təmas və səfərlərin əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb. Ötən il Azərbaycan Prezidentinin Qazaxıstana iki, Qazaxıstan Prezidentinin isə ölkəmizə üç səfərinin dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisi olduğu bildirilib.

İki ölkə arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. Nazir Ceyhun Bayramov qardaş ölkələr, o cümlədən Mərkəzi Asiya ölkələri və Qazaxıstanla əlaqələrin bütün sahələrdə gücləndirilməsinin xarici siyasətimizin əsas prioritetlərindən olduğunu qeyd edib. Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyəti qeyd olunub, habelə qarşılıqlı maraq doğura biləcək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi barədə fikir mübadiləsi aparılıb. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində müxtəlif sahələr üzrə təşəbbüslərin irəli sürülməsinin, ali və yüksək səviyyədə toplantıların keçirilməsinin, əhəmiyyətli qərarların qəbulunun, habelə təşkilatın beynəlxalq arenada nüfuzunun gücləndirilməsi və institusionallaşması istiqamətində əməkdaşlığımızın təqdirəlayiq olduğu bildirilib.

Beynəlxalq platformalardan bəhs edərkən, ötən ilin noyabrında Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29-da Qazaxıstanın ən yüksək səviyyədə təmsil olunmasının, tədbirin işində yaxından iştirakının və ölkəmiz tərəfindən irəli sürülmüş təşəbbüslərə qoşulmasının yüksək qiymətləndirildiyi vurğulanıb. Nəqliyyat-kommunikasiya istiqamətlərinə gəlincə, Orta Dəhlizin ayrılmaz komponenti olan Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlığın genişləndirilməsinin, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin əsas hissəsi olan Bakı ilə Aktau arasında inşası planlaşdırılan “Xəzər dənizinin dibi ilə fiber-optik kabel magistralı” layihəsinin Azərbaycan-Qazaxıstan əməkdaşlığının daha dinamik xarakter almasına xidmət edəcəyinə əminlik ifadə olunub.

C.Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, minatəmizləmə fəaliyyəti, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı durumu barədə məlumatlandırıb. İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşa edilməsi minnətdarlıq hissi ilə vurğulanıb.

Qazaxıstan tərəfinin sülh prosesinə göstərdiyi davamlı dəstək yüksək qiymətləndirilib, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsi üzrə ikitərəfli danışıqlar prosesi çərçivəsində qazanılan nailiyyətə baxmayaraq, Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmiz əleyhinə ərazi iddialarının davam etdirilməsinin, Minsk qrupunun saxlanması ilə bağlı Ermənistan tərəfinin mövqeyinin fundamental problem olaraq qaldığı diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda nazirlər Xarici İşlər nazirlikləri arasında 2025-2026-cı illər üzrə fəaliyyət planını imzalayıblar.

Daha sonra nazirlər görüşün yekunlarına dair mətbuat konfransında bəyanatlarla çıxış ediblər.

Qeyd edək ki, C.Bayramov səfər çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay və AQEM-ə üzv dövlətlərin səfirləri ilə də görüş keçirib.  Görüşdə Azərbaycanın AQEM-ə sədrliyindən irəli gələn məsələlər və sədrliyin prioritetləri, AQEM çərçivəsində müzakirə olunub. C.Bayramov ölkəmizin AQEM sədrliyinin əsas prioritetlərindən bəhs edib, bu istiqamətdə xüsusilə AQEM-ə üzv ölkələrin yerləşdikləri mühüm coğrafi mövqeni nəzərə alaraq, nəqliyyat və kommunikasiyalar sahələri üzrə əməkdaşlığın inkişaf etdirilməsinin geniş perspektivlərinin olduğunu bildirib. Sədrliyimizin, eyni zamanda, AQEM-in institusionallaşması, fəaliyyət imkanlarının genişləndirilməsinə kökləndiyini deyən nazir bu xüsusda AQEM-in yeni qərargahının Müşavirənin işinin daha da təkmilləşdirilməsi baxımından əhəmiyyətini qeyd edib.

Söhbət zamanı, regionumuzda və dünyamızda baş verən proseslərin AQEM-in bölgədə inklüziv platforma kimi rolu və çəkisini artırdığı diqqətə çatdırılıb, bu istiqamətində sədrliyimiz müddətində göstərilən təşəbbüs və səylərin bütün üzv dövlətlər tərəfindən dəstəklənməsinin, AQEM çərçivəsində fəal iştirakçılığın vacibliyi vurğulanıb.

Azərbaycanın xarici işlər naziri Prezident Kasım-Jomart Tokayev tərəfindən qəbul edilib. Görüşdə nazir Ceyhun Bayramov ötən ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar göstərilən operativ və hərtərəfli dəstəyə görə Qazaxıstanın dövlət başçısına minnətdarlığını ifadə edib. Ölkələrimiz arasında siyasi-iqtisadi, ticarət-investisiya, sənaye-texnologiya, nəqliyyat-kommunikasiya, mədəniyyət-humanitar, elm-təhsil və digər sahələr üzrə zəngin əməkdaşlığın yeni hərəkətverici elementlərlə daha da intensivlik qazanmasının əhəmiyyəti vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı dəstək, həmrəylik və birgə təşəbbüslərə əsaslanan əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, eləcə də postmünaqişə dövründə regional vəziyyət və son inkişaflar ətrafında fikir mübadiləsi aparılıb.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Mart 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see244

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see233

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see201

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see197

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see185

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see181

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see177

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see172

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see166

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see165

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see158

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see158

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156

Avropa münaqişələrə hazır deyil

02 Oktyabr 2026 23:35see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri