Icma.az
close
up
RU
TDT qardaş ölkələrin ortaq maraqlarını regional gücə çevirir

TDT qardaş ölkələrin ortaq maraqlarını regional gücə çevirir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın bu dövlətlərlə ticarət dövriyyəsi 8 faiz artıb

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu ilin yanvar – iyul aylarında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 8 faiz (ötən ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz və ya 324,3 milyon ABŞ dolları çox) artıb. Hesabat dövründə respublikamızın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 4,228 milyard ABŞ dolları təşkil edib, ticarət dövriyyəsi isə Azərbaycanın ümumi ticarət dövriyyəsinin 14,6 faizinə çatıb.

Qeyd edək ki, hesabat dövründə ölkəmizin Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 6,5 faiz azalaraq 3 milyard dollara, Qırğızıstanla ticarət dövriyyəsi iki dəfə artaraq 40 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 3,8 dəfə artaraq 517 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 2,3 dəfə artaraq 269 milyon dollara bərabər olub.

Xatırladaq ki, TDT 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan sazişi”nə əsasən yaradılıb. Təşkilat təsis olunarkən adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası olub. 2021-ci ildə qurumun adına dəyişiklik edilib və hazırda Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirir. Azərbaycan təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə var. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.

Beynəlxalq aləmdə ölkəmizin türk dövlətləri ilə əməkdaşlığı prioritet istiqamət olaraq yüksək qiymətləndirilir, təşkilat çərçivəsində bütün platformalarda yaxınlaşmanı gerçəkləşdirən təşəbbüslər dəstəklənir. Ölkələrimizin sənaye, elm, texnologiya və innovasiya sahəsində əməkdaşlığı türk dövlətləri arasında iqtisadi işbirliyinin təməl sütunlarını təşkil edir. Bu sahələr arasında qarşılıqlı fəaliyyətin yaratdığı sinerji texnoloji tərəqqiyə dəstək verməklə dayanıqlı iqtisadi artımda əvəzsiz rol oynayır.

TDT ölkələri arasında əməkdaşlıq əlaqələrinin əsas inkişaf istiqamətlərindən biri də iqtisadi sahədə tədqiqat və inkişaf fəaliyyətlərinin gerçəkləşdirilməsidir. Təşkilat çərçivəsində bu istiqamətdə reallaşdırılan layihələr nəticəsində birgə tədqiqat institutlarının formalaşdırılması, birgə tədqiqat layihələrinin dəstəklənməsi, elmi – texnoloji nailiyyətlərin və ən yaxşı təcrübələrin mübadiləsi, texnologiya transferi mərkəzlərinin yaradılması ümumi rifaha müsbət töhfə verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri