Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Nəsimi məhkəməsi (Ramin Xəlilov) qanuna “düzəliş” edib MƏĞRUR BƏDƏLSOY YAZIR

Nəsimi məhkəməsi (Ramin Xəlilov) qanuna “düzəliş” edib MƏĞRUR BƏDƏLSOY YAZIR

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı

Səhiyyə Nazirliyinin rəyi ilə müalicəyə getdiyimiz Soçidən  23.07.2024-cü ildə  qayıdanda  J28632 Soçi-Bakı reysinə dələduzluqla buraxılmamağımıza 11 aydır hüquqi qiymət verilmir. Nə Xarici İşlər Nazirliyi, RF-dəki səfirliyimiz, nə diaspora ilə iş komitəsi 1-ci dərəcəli Qarabağ əlilinin və ona qulluq edən 2-ci dərəcəli həyat yoldaşının pozulmuş hüquqlarının bərpasına yardım edir, AZAL isə açıq şəkildə saxtalıqla məşğuldur. Təsəvvür edin, 11 aydır kamera görüntülərinin, sərnişin siyahısının təqdim edilməsindən imtina edilir.

RF prokurorluğuna elektron şikayətlərimizə  21.01.2025-ci il tarixli sonuncu cavabdan şikayətimizə 5 aydır cavab yoxdur. Yəqin daha saxta cavablarını əsaslandırmağa bəhanə tapmırlar. İndiyədək bizim gecikdiyimizi, saat 6-45 əvəzinə 6-46-da minik qapısında olduğumuzu, bu səbəbdən yerlərimizin 1944-cü il  Çikaqo Konvensiyasına əsasən, RF-dən deport edilən şəxsə PULSUZ (rusca: BEZVOZMEZDNO) verildiyi bildirilirdi. Biz də şikayətimizdə bu faktın cinayəti açıq-aşkar ortaya qoyduğunu sübut etdiyini, yerlərimizin qabaqcadan elə minik qapısında, ya da uçaq salonuna gedən yolda satıldığını bildirib, cinayət işi qaldırılmasını, dəyən maddi-mənəvi ziyanın beynəlxalq Monreal Konvensiyasına əsasən ödənilməsini tələb etmişik. Biz yarım-bir dəqiqə gecikmişiksə, yerlərimiz yalnız bundan sonra kiməsə verilə bilərdi, halbuki bizə yerlərimizin artıq əvvəlcədən tutulduğu bildirilir. RF baş prokurorluğu Soçi və Cənub nəqliyyat prokurorluqlarının, AZAL-ın RF-dəki nümayəndəliyinin uydurduqları “deportasiya əməliyyatı”nın qarşısında cavab verməkdə acizdir. Ən azından deport olunan şəxs anonim ola bilməz axı!

Azərbaycanın RF-dəki səfirliyi 11 aydır susur, amma Rusiyanın Bakıdakı səfirliyi şikayətimizə anında cavab verib ki, ilk növbədə daşıyıcı şirkətə- AZAL-a qarşı pretenziya irəli sürülməli, RF-dəki Azərbaycan konsulluğu öz vətəndaşlarının hüquqlarını qorumalıdır. Bunu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsi də doğrulayır: “Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının HÜQUQİ MÜDAFİƏSİNƏ təminat verir və onlara HAMİLİK edir”. Bizə isə XİN, RF-dəki səfirliyimiz, diasporamız, baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, AZAL-ın özü nəinki hüquqi yardım edir, əksinə hüququmuza saxtalıqla qadağa qoyub. Heç məhkəmə təminatı hüququmuz, dövlət hesabına hüquqi yardımla təminat hüququmuz da tanınmır.

8 aydır Bakının Nəsimi rayon məhkəməsinin hakimi Ramin Xəlilov heç bir müraciətimizə, vəsatətimizə, işin arbitraj məhkəməsinin həllinə verilməsi, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi, dövlət hesabına vəkillə təminatımız barədə ərizələrimizə baxmır. Ən başlıcası, MPM-in 78.2 maddəsi əsasında cavabdeh AZAL-da olan  iş üçün əsas önəm daşıyan sübutların – kamera görüntülərinin və sərnişin siyahısının təqdim olunması haqqında vəsatətə baxıb, bu sübutları tələb etmir. İşin arbitrajın həlinə verilməsini hakim özü təklif etməli olduğu halda (MPM-in 167.1.5 maddəsi), bubarədə ərizələrimizə də 3 aydır MPM-ə “dəyişiklik- DÜZƏLİŞ” edərək baxmır. Təsəvvür edin, MPM-də birinci instansiyanın qərardadından tərəfin qərardadı çıxarmış məhkəməyə ŞİKAYƏT VERƏ BİLMƏSİ təsbit olunub, hakim Ramin Xəlilov isə özbaşınalıqla qanuna DÜZƏLİŞ edib ki, “qərardaddan KASSASİYA ŞİKAYƏTİ VERİLƏ BİLƏR”.(?) MƏHKƏMƏNİN  QANUNA DÜZƏLİŞ ETMƏK, DƏYİŞDİRMƏK SƏLAHİYYƏTİ VAR? Hələ ki Məhkəmə Hüquq Şurası məhkəmələrin qanun “yaradıcılığına” qiymət vermir.

Ramin Xəlilov 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından da imtina edib ki, pensiyası, gəlirləri vəkilin haqqını ödəməyə yetər. (?) Halbuki qanunvericilikdə əlillərin “gəlir deklorasiyası” verməsi, məhkəmənin gəlirlər haqında məlumat toplaması yazılmayıb. Ən azı, onda çıxarlar, xərclər hesablanmalıdır. Nəsimi məhkəməsinin hakimi Ramin Xəlilovun 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından imtinası məhkəmə təcrübəsinin vahidliyi prinsipinin də pozulması deməkdir. Həmin məhkəmənin hakimi Vüsalə Musayeva ABB-yə qarşı işdə ərizə vermədiyi halda, həmin Qarabağ əlilinə “müharibə veteranı” kimi Ayaz Məmmədzadəni dövlət hesabına vəkil edib. Necə olur, əlil ərizə verəndə vəkildən imtina edilir ki, dövlət büdcəsi çökəcək, amma ərizə verməyəndə dövlət büdcəsini Ayaz Məmmədzadənin göstərmədiyi xidməti ilə  “77 manat  çökdürüblər”? VKda bu ikili standarta “Ramin Xəlilovun hakimlik fəaliyyəti ilə bağlı olduğundan” münasibət bildirə bilmədiyini təkrar edir. Bəs Vüsalə Musayevanın özünə Ayaz Məmmədzadəni vəkil etməsinə, vəkilin hakimlə ortaqlıqda büdcəni 77 manat “çökdürməsinə” necə, VK münasibətini belə bildirir?

Hakim Ramin Xəlilovun açıq-aşkar cavabdehə vəkillik xidməti göstərməsi, hətta qanuna dəyişiklik, düzəliş etməsi, 8 aydır süründürməçilik etməsi, işi arbitrajın həllinə verməkdən imtinası hakimə etiraza əsas,  1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasına haqq verir.  Nəsimi məhkəməsinin, hakim Ramin Xəlilovun vəkilin xidmətinə ehtiyacı olan 1-ci dərəcəli Qarabağ əlilini hüquqi yardımsız qoyub, qarşı tərəfə vəkillik xidmətinə Məhkəmə Hüquq Şurası qiymət verməyə borcludur. Verəcəkmi?

Məğrur Bədəlsoy

P. S. Bakı Apellyasiya Məhkəməsi də dövlət hesabına vəkillə təminatda ikili standartlara üstünlük verir. Hətta kassasiya şikayətinə də “gəlir bəyannaməsi”, “büdcənin çökmə təhlükəsi” əsasında” vəkillə təminatdan imtina etməklə qadağa qoyulur. İnzibati Kollegiyanın üzvləri Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov, Aytən Oruczadə...iki ildir vəkildən qərəzli imtina özbaşınalığını sürdürürlər. Mülki Kollegiya da onlardan geri qalmır. Rafael Eyvazovun sədrlik etdiyi heyət 1-ci dərəcəli əlilə kassasiya şikayəti verməyə vəkildən imtina edib ki, gəlirləri vəkilin xidmətini ödəməyə çatır. Eyni kollegiyanın başqa heyəti (sədrlik edən Vahid Sadıqov) isə eyni əlilə dövlət hesabına vəkil ayırmasını belə əsaslandırb ki, işləyib-işləməsindən asılı olmayaraq 1-ci dərəcəli əlilə dövlət hesabına vəkil ayrılmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see184

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see158

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see149

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see147

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see140

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri