Mehman Əhmədli: Ağakərim bir şey xoşuna gəlməyəndə, hər kəsin içində sözünü deyirdi
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Ağakərimin sənətdə işləri danılmazdır. Meyxananın çempionat səviyyəsində keçirilməsində onun böyük rolu var idi".
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri meyxanaçı Mehman Əhmədli Ağakərimin dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.
Meyxanaçı qeyd edib ki, onların sənət aləmində tanınmaqlarında Kərimin zəhməti az olmayıb:
"Kərimin meyxana aləminin üstündə haqqı var. Kərim həmişə bizə dəstək olub, ağsaqqallıq edib. Bu sənətlə məşğul olan hər kəs ona rəhmət oxumalıdır, çünki hamısının üstündə haqqı var".
O qeyd edib ki, Ağakərimin xoş və sərt xasiyyətləri çox idi:
"Sözünü deyən adam idi. Bir şey xoşuna gəlməyəndə, kütlənin içində olsa da sözünü deyən idi. Amma düzünü deyirdi, bir az sərtliyi var idi. Lakin ona görə bəzi insanlar deyirdilər ki, Kərim sərt adamdır, amma Kərimin mülayim xasiyyətləri də çox idi. Kərimlə yol yoldaşı olmuşuq, səfərlərə getmişik. O qədər işlərimiz olub ki, onun yaxşı cəhətləri çox idi. Allah ruhunu şad eləsin. Mənə elə gəlir ki, indi onun qədrini daha çox biləcəklər. Çünki itirildikdən sonra, vəfat etmə xəbəri yayılanda demək olar ki, hamı sarsıldı".
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 20 Dekabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















