Icma.az
close
up
RU
Mehmet Pamuk: Tarixi təhrif etmək yolu ilə Türkiyəni ləkələmək cəhdləri qəbuledilməzdir

Mehmet Pamuk: Tarixi təhrif etmək yolu ilə Türkiyəni ləkələmək cəhdləri qəbuledilməzdir

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 24 aprel, AZƏRTAC

Tarixi təhrif etmək yolu ilə Türkiyəni ləkələmək cəhdləri qəbuledilməzdir. Hadisə və proseslərin istənilən qiymətləndirilməsi uydurma və emosiyalara deyil, yalnız faktlara və sübutlara əsaslanmalıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Zəfər Partiyasının qurucularından biri Mehmet Pamuk məlumat verib.

Ermənilərin qondarma “soyqırımı” mifini təbliğ edən Ankaranın əleyhdarlarının əməllərinə münasibət bildirən siyasətçi vurğulayıb ki, Osmanlı imperiyasının son illərində baş verən dramatik hadisələrin “soyqırımı” anlayışı ilə heç bir əlaqəsi yoxdur. “Bunun heç bir tarixi və hüquqi əsası yoxdur”, -deyən Zəfər Partiyasının nümayəndəsi 1915-ci il hadisələri ilə bağlı qərəzli bəyanatların sırf siyasi məqsədlər güddüyünə əminliyini ifadə edib.

Onun fikrincə, Türkiyə əleyhinə isteriya nə Ermənistana, nə də erməni xalqına xeyir verməyəcək. “Müasir Ermənistanın yaşadığı iqtisadi və siyasi problemlərin səbəblərindən biri Anadoluda baş verən faciəvi hadisələrlə bağlı “məntiqsiz inadkarlıq”dır, sülh, qarşılıqlı hörmət və tarixi həqiqətlərin qəbul edilməsi isə bütün regionun xeyrinə olacaq prinsiplərdir”, -deyə türkiyəli siyasətçi qeyd edib.

Pamuk xatırladıb ki, Türkiyə uzun illərdir bütün arxivlərini ekspert və tarixçilərin üzünə açmağa hazır olduğunu bəyan edir. O vurğulayıb: “Arxivlərimiz açıqdır. Lakin ermənilər birgə elmi komissiyanın yaradılması təşəbbüsünü dəstəkləmir. Çünki həqiqət yalan bəyanatların əsaslarını məhv edəcək. Türkiyə və onun xalqı öz tarixindən utanmır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri