Mehrəli Qasımova Ukrayna dövlət mükafatı təqdim edildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin 2022-ci il 14 yanvar tarixli 09/2022 nömrəli sərəncamına əsasən Ukraynanın Azərbaycandakı Fəxri Konsulu (2020–2024) Mehrəli Qasımov 3-cü dərəcəli “Xidmətə görə” ordeni ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, bu ali dövlət mükafatı 2025-ci il 1 oktyabr tarixində Ukraynada qeyd olunan Müdafiəçilər Günü münasibətilə Bakıda təşkil edilən diplomatik tədbirdə Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Qusev tərəfindən Mehrəli Qasımova təqdim olunub.
Tədbirdə çıxış edən M. Qasımov bildirib:
“Bu ali mükafatı xalqlarımız arasındakı dostluq, qarşılıqlı hörmət və əməkdaşlığın simvolu kimi qəbul edirəm. İlk növbədə Ukrayna Prezidenti cənab Volodimir Zelenskiyə, eləcə də Ukrayna xalqına dərin minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan–Ukrayna dostluğu!”
Baxış sayı:98
Bu xəbər 01 Oktyabr 2025 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















