Icma.az
close
up
RU
Ukrayna Müdafiə Nazirliyindən Mehrəli Qasımova təşəkkür Fotolar

Ukrayna Müdafiə Nazirliyindən Mehrəli Qasımova təşəkkür Fotolar

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün Ukraynanın Azərbaycandakı Səfirliyində keçirilən rəsmi mərasim çərçivəsində Fəxri Konsul Mehrəli Qasımova Ukrayna Müdafiə Nazirliyinin rəsmi təşəkkürnaməsi təqdim olunub. Bu təşəkkür, onun müharibə şəraitində Ukrayna xalqına göstərdiyi insani həmrəyliyə, yüksək mənəvi mövqeyinə və əhəmiyyətli dəstəyə görə verilib. 

“Qafqazinfo” xəbər verir ki, təltifetmə mərasimində Ukraynanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Yuriy Qusyev və Ukrayna Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Vladislav Kanevskı iştirak ediblər.

Ukrayna Müdafiə Nazirliyi Qasımovun fəaliyyətini yüksək qiymətləndirərək, onun humanitar təşəbbüslərin təşviqində, habelə Azərbaycanla Ukrayna arasında mövcud olan ikitərəfli diplomatik və dostluq münasibətlərinin möhkəmləndirilməsində oynadığı mühüm və fəal rolu xüsusi vurğulayıb.

“Bu cür dəstək təkcə həmrəylik nümunəsi deyil, həm də sülhə, azadlığa və təhlükəsizliyə birgə səylə atılmış dəyərli addımdır,” - rəsmi təşəkkür məktubunda qeyd olunur.

Bu yüksək qiymətləndirməyə münasibət bildirən Mehrəli Qasımov, göstərilən etimada görə minnətdarlığını ifadə edib və bu təltifi şəxsi deyil, həm də mənəvi bir məsuliyyət kimi dəyərləndirib. 

“Ukrayna Müdafiə Nazirliyindən aldığım bu yüksək dəyər mənim üçün böyük bir şərəfdir. Bu təşəkkür, təkcə mənim şəxsi fəaliyyətimə deyil, eyni zamanda humanitar dəyərlərə və xalqlar arasında həmrəyliyə verilən qiymətdir. Ukrayna xalqının ağır və sınaqlı günlərində onların yanında olmaq mənim üçün insani və mənəvi borc idi. Mən bu təşəkkürü bütün ukraynalı dostlarımla və bu yolda əməyi keçən hər kəslə bölüşürəm. Sülh, ədalət və insan ləyaqətinin müdafiəsi naminə göstərilən hər bir dəstək tarix qarşısında əhəmiyyətlidir.” – Mehrəli Qasımov bildirib. 

Qeyd edək ki, Mehrəli Qasımov Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hərbi əməliyyatlarının ilk günlərində Kiyev və Xarkov şəhərlərindən 14 000-dən çox azərbaycanlı, türkiyəli və ukraynalı vətəndaşın təhlükəsiz şəkildə təxliyəsini təşkil edib. 



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 İyun 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri