Mehriban Xanlarova Mehriban Ələkbərzadə haqqında elə iddialar səsləndirdi ki...
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdar artist Mehriban Xanlarova ilə Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasında baş vermiş qalmaqal yenidən alovlanıb.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, aktrisa Mehriban Ələkbərzadə haqqında növbəti dəfə paylaşım edib:
“Mehriban Ələkbərzadə şəhid qızını və şəhid atasını ağıza alınmayacaq söyüşlə təhqir edib! Bu hadisənin canlı şahidləri mövcuddur və hazırda hadisə ilə bağlı istintaq aparılır. Mədəniyyət Nazirliyi də bu hadisədən xəbərdardır. Amma çox təəssüf ki, indiyə qədər heç bir tədbir görülmür... Hər şeyə göz yumulur, üstü ört-basdır edilir! Çünki Mehriban Ələkbərzadənin vəzifəsi, aldığı fəxri adlar, arxasında dayanan vəzifəli dostları və rəfiqələri var. Elə bu səbəbdən ona hər cür qanunsuzluğu, hər cür hörmətsizliyi etmək imkanları yaradılır. Nəticədə ədalət susdurulur, haqsızlıq isə qorunub saxlanılır! Bu hadisəni gündəmdə saxladığım üçün məni susdurmaq məqsədilə hər yola əl atırlar! Amma bilsinlər ki, haqq-ədalət öz yerini tapana qədər geri addım atmayacam!”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 18 Avqust 2025 18:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















