Icma.az
close
up
RU
“Mehriban Ələkbərzadə zooparkla “AzDrama”nı səhv salıb” Mehriban Xanlarova ULTİMATUM VERDİ

“Mehriban Ələkbərzadə zooparkla “AzDrama”nı səhv salıb” Mehriban Xanlarova ULTİMATUM VERDİ

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (“AzDrama”) aktrisası, Əməkdar artist Mehriban Xanlarova işdən çıxıb. O bildirib ki, işdən çıxmaqla bağlı teatrın direktoru İlham Əsgərova ərizə ilə müraciət edib. Aktrisa işdən ayrılmasına səbəb kimi “AzDrama”nın bədii rəhbəri Mehriban Ələkbərzadənin yarıtmaz idarəçiliyini göstərib. Sənətçi Mədəniyyət Nazirliyi ilə bağlı bildiyi faktları da açıqlayacağını söyləyib.

Əməkdar artistin ərizəsinin qəbul olunub-olunmadığı hələlik məlum deyil.

M.Xanlarova Akademik Milli Dram Teatrında baş verən son proseslər, işdən çıxması və gələcəkdə atacağı addımlar barədə “Yeni Sabah”ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

- İşdən çıxmağınızın əsas səbəbi nədir? Ərizəniz qəbul olunubmu?

- Ərizəmi yazıb təqdim etmişəm. Danışmaq əsas hüquqlarımdan biridir. Söz azadlığımı heç kəs əlimdən ala bilməz. İstəmirəm ki, rəhbərliyin mənə görə dırnağına belə zərər gəlsin. Bu məsələdə də göydə Allaha, yerdə Prezidentimizə güvənirəm. Hər şey olub bitəndən sonra da şəxsən ona müraciət edəcəm. Prezidentin özü də hər zaman deyir ki, hər şeyi mətbuat vasitəsilə mənə çatdırın. Ona görə də hər şeyi bildirəcəm. Gizlin heç nə qalmayacaq.

- Əsas narazılıqlarınız nədən ibarətdir?

- 18 yaşımdan baş rolları ifa edirəm, özüm də 1998-ci ildən bəri səhnədəyəm. Bu daydaylıqlar, arxa-dayaqlar yığışdırılmalıdır. Mənim dayım yoxdursa, deməli kimlərsə tərəfindən əzilməliyəm? Bu gün hər kəs teatrda qazandığını bizim sayəmizdə qazanır. Xadiməsindən tutmuş, rəhbərliyə qədər. Ən çox əziyyət çəkən bizik, əzilən bizik, səhnənin tozunu udan da bizik. Lakin qazanan onlardır.

- Nəyə əsasən sizə qiymət verilmədiyini düşünürsünüz?

- Çünki biz aktyorların, aktrisaların artıq meyitinə də qiymət verilmir. Elə Vahid Əliyev vəfat edəndə gördük hər şeyi. Adamı atdılar yerə, elə oradan da götürdülər. Bir dənə stol tapmadılar? Axı onun da zəhmətləri var idi. Elə bilirsiniz rahatdır? Ərizəmi də haqqı demək üçün yazmışam. Ona görə də işdən çıxardacaqlarsa, çıxartsınlar.

- Akademik Milli Dram Teatrında Sizin kimi narazı olan şəxslər çoxdurmu?

- Bir misal var ki, ilan mənə toxunmasın, 40 il yaşasın. Orada hər şey var. Bizə qoşulan da sağ olsun, qoşulmayan da. Əgər əzilmək istəyirlərsə, əzilsinlər. Bu dediklərimi də gənclərimiz üçün deyirəm. Haqqı tələb etməyi bacarsınlar. Diri ikən rəhmət qazanmaq lazımdır, sonra deməsinlər ki, onlar nə idi ki, biz də nə olaq. Ona görə də əsas düşüncəm odur ki, Mehriban Ələkbərzadə getməlidir.

- Qeyd etmisiniz ki, Mədəniyyət Nazirliyi barədə faktları açıqlayacqsınız. Bu faktlar nələrdən ibarətdir? Əsasən hansı nazirin dövründə problemlər yaşamısız?

- Bütün bunlar haqqında sosial media hesabımda paylaşım edəcəm. Hər şeyi faktlarla orada qeyd edəcəm. Problem deyəndə də, mənim heç kəslə şəxsi qərəzliyim olmayıb. Nazir də bizimlə görüşə gəlmişdi. O boyda iclas keçirmişdik. Mən də orada çıxış etdim. Nazir mənə bildirdi ki, sənin bu emosional çıxışından hər şey bəllidir. Bilindi ki, teatrda nə var, nə yox. Sonra bu proses uzandıqca uzandı. Aradan 3-4 ay keçdi susdum. Hətta bir ara heç bir paylaşım filan etmədim. Lakin noyabrın 15-də Mehriban Ələkbərzadənin müqaviləsinin sonu olmalı idi. Bir də ayıldıq ki, mədəniyyət naziri Adil Kərimlinin Akademik Milli Dram Teatrında keçirdiyi görüşdən 6 ay keçib, amma hər şey olduğu kimi qalıb. Dəyişmək lazımdır. Belə baxıram ki, aparılan islahatların da Mehriban Ələkbərzadəyə heç bir aidiyyəti yoxdur.

- Mehriban Ələkbərzadə ilə aranızdakı qarşıdurmanın əsas səbəbi nədir bəs? Məsələ nədən qaynaqlanır?

- Səbəb odur ki, Mehriban Ələkbərzadə teatrda adi fəhlədən tutmuş hamıya deyir ki, mən küçədə itə, pişiyə də can deyirəm, burada aktyorlara da. Belə çıxır ki, Mehriban Ələkbərzadə zooparkla Akademik Milli Dram Teatrnı səhv salıb. Mən də “Şir” bürcüyəm, sözümü də deyirəm. O birilər itdir, pişikdir, siçandır, nədir bilmirəm. O hansı gözdə görür bizi? Danışanda peşə əxlaqından danışırlar. Hansıki bir zamanlar özü mənim haqqımda peşə əxlaqsızlığı sözünü işlətmişdi. Hansı əxlaqsızlığımı görüb? Nazirin ətirinin qoxusu teatrda getməmiş, şəhid qızına naliyiq sözlər deyirdi. Hər şey zamanla üzə çıxacaq. Jurnalistlərdən də xahiş edirəm ki, nə dediyimi olduğu kimi paylaşsınlar. Siz nədən qorxursunuz? Yazırsınızsa elə dediklərimizi yazın.

Aydan Hacı 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 Noyabr 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri