Icma.az
close
up
RU
Məhsəti Gəncəvi əxlaqsız həyat sürüb? Tarixçi dəhşətli detallar açdı

Məhsəti Gəncəvi əxlaqsız həyat sürüb? Tarixçi dəhşətli detallar açdı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şura “Məhsəti” qısametrajlı bədii filminin Bakı Film Festivalında nümayişinə qadağa qoyub. Filmin rejissoru və ssenari müəllifi sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı Suad Qaradır. Ekran işində Azərbaycanın klassik ədəbi-mədəni tarixində xüsusi yeri olan Məhsəti Gəncəvi obrazı ciddi təhrif olunub, etik və normativ çərçivələrə etinasız yanaşılıb.

Filmdə görkəmli şairə gəzəyən, əxlaqsız bir qadın kimi təqdim edilir və obrazın mənəvi kimliyi ilə səhnələr arasında nəzərəçarpacaq dərəcədə uyğunsuzluqlar mövcuddur.

Bəs Məhsəti Gəncəvi və onun həyatı ilə bağlı hansı faktlar bizə məlumdur?

Globalinfo.az-a danışan tarixçi alim Zaur Əliyev deyib ki, Məhsəti Gəncəvi azadlıq şairəsi və qurbanı olub.

Onun sözlərinə görə, M.Gəncəvi təqribən 1098-ci (və ya 1113-cü) ildə Gəncədə anadan olub, 90 ildən artıq ömür sürüb və bu şəhərdə XII əsrin sonunda vəfat edib:

“Əsl adı Mənicə idi (Mənigə, Munijə). “Məhsəti” təxəllüsünü ona Səlcuq hökmdarı Sultan Səncər verib. Deyilənlərə görə, Sultan Səncərin diqqətini onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi bir rübai çəkib. Səncərlə söhbətlərinin birində Mənicə öz mühitində hamıdan kiçik və görünməz olduğunu söyləyir. Sultan isə onunla razılaşmayıb deyir: “To, meh-həsti” (Sən hamıdan böyüksən)”.

Alim qeyd edib ki, Sultan Səncər və Məhsəti Gəncəvi barədə bir rəvayət də var:

“Deyilənə görə, Məhsəti xanım şərab içməyi sevirdi. Bir gün Sultanın məclisinə gecikir. Qaydaya görə, gecikən şəxsə 3 buynuz şərab içmək cəriməsi verilirdi. Məclisə gecikən Məhsəti 2 buynuz şərabı içir, 3-cü buynuz təklif olunanda isə bu rübaini deyir:

“Eh şah, məndən sənə mədh və səna bəsdir
Bir qoca qarının sənə bu qədər dua etməsi yetər
İnək deyiləmsə buynuz mənə lazım deyil
İnək oldumsa, iki buynuz bəsimdir”.

İlk qadın bəstəkarımız…

Bəzi müəlliflər yazır ki, Məhsəti adı “Böyük xanım”, bəziləri yazır ki,  gözəlliyini nəzərə alıb “Ay xanım” (“Mah” – ay, “Səti” – xanım) kimi izah edilir. Şairə həm də dərin biliklərə malik olduğundan Məhsəti Dəbir kimi tanınıb. O, məşhur Azərbaycan şairəsi, şahmatçı, ilk görkəmli qadın musiqiçimiz və çox ehtimal ki, ilk qadın bəstəkarımızdır.

Alman alimi Frits Meyer 1963-cü ildə “Gözəl Məhsəti” monoqrafiyasını yazıb və 257 rübai, 30-a yaxın şeir parçasını burada toplayıb. Məhsəti Gəncəvinin Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ-ın Metropol Muzeyində və Yel Universitetində 110-dək miniatür, illüstrasiya və rübaisi saxlanılır”.

Məhsəti camış dərisindən kisəyə salınır…

Zaur Əliyev bildirib ki, deyilənlərə görə, Məhsəti Gəncəvinin Gəncədən sürgün edilməsinə səbəb şahmat olub:

“Şəhərin hakimi məclislərin birində qadınları ələ salmağa, onların axmaq, məhdud məxluqlar, uzun saçlı, qısa düşüncəli olduğunu iddia etməyə başlayır. Məhsəti dərhal qadınların kişilərdən geri qalmadığını iddia etdiyi mübahisəyə girir. Qərara gəlirlər ki, ikisi arasında 10 min dinar pul mükafatı uğrunda şahmat oyunu keçirsin. Məhsətinin beş oyun ardıcıl udmasına əsəbiləşən şəhər hakimi onu ağır şəkildə cəzalandırmaq qərarına gəlir. Məhsətini camış dərisindən tikilən kisəyə salır və 15 gün həbsdə saxlayır. Zindandan çıxan kimi onu ölüm gözlədiyini bilən Məhsəti Gəncəvi şəhəri tərk edib gedir. Deyilənə görə, 91 yaşında Gəncəyə qayıdan Məhsətini keçmiş hakimin varisləri daş-qalaq etdirib öldürürlər”.

Harada dəfn edilib?

Tarixçi onu da əlavə edib ki, orta əsrlər şəraitində, qadının hüquqlarının məhdudlaşdırdığı bir dövrdə Məhsəti Gəncəvi kimi istedadlı şairənin yetişməsi xüsusi əhəmiyyət kəsb edirdi:

“Fransanın Konyak şəhərində Məhsəti Gəncəvinin heykəli var. Miluz şəhərindəki Yuxarı Alzas Universitetinin Qreta Komur-Tilloy konfransın keçirildiyi zala Məhsəti Gəncəvinin adı verilib. Ehtimal olunur ki, onu şeyx  Nizami Gəncəvinin yanında dəfn ediblər. Çünki 1923-cü ildə Nizami məqbərəsinin yanında qazıntı işləri aparılan zaman bir qadın qəbri aşkar edilib. Onun Məhsəti Gəncəvi olması ehtimal edilir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri