Icma.az
close
up
RU
Məhsudlarlığı olmayan hücum xətti

Məhsudlarlığı olmayan hücum xətti

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan milli komandası Avstriyada təlim-məşq toplanışındadır. Komanda burda iki yoldaşlıq oyunu keçirəcək. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv iyunun 5-də Malda, 9-da isə San Marino ilə üz-üzə gələcək.

Abbasov iki matç üçün heyətə dörd hücumçu dəvət edib. Rüstəm Əhmədzadə, Mahir Emreli, Renat Dadaşov, Nəriman Axundzadə. Rüstəmi çıxmaqla, digərləri legioner həyatı yaşayır. Düzdür, Renat klubu “Motor”dan ayrılıb, ancaq yenidən ölkə xaricində oynayacağı böyük ehtimaldır.

Ad olaraq yaxşı futbolçulardır, Renat, Mahir uzun müddətdir, Azərbaycanda kənarda top qovur. Bir klubda uzun müddət qala bilməsələr də, hər bir halda, legioner olmaqları əlavə təcrübə qazandırır.

Millinin hücum xətti ilə bağlı əmma isə statistik göstəricilərdir.

Mahir Emreli / “Kayzerslautern” – 13 oyuna 2 qol
Renat Dadaşov / “Motor” – 22 oyun, qol yoxdur
Nəriman Axundzadə / “Kolumbus Kryu” – 9 oyun, qol yoxdur, 1 məhsuldar ötürmə
Rüstəm Əhmədzadə / “Sumqayıt” – 35 oyun, 4 qol, 2 məhsuldar ötürmə.

Nə Mahir, nə Renat, nə Nəriman klubunda mütəmadi şans qazanmır. Aralarında daha çox oynayanı Renatdır ki, o da Polşa Ekstraklasasında qol hesabını aça bilməyib.

Mahir mövsümün əvvəlində “Kayzerslautern”də ara-sıra fərqlənsə də, sonradan zədələnməsi və baş məşqçinin gözündən düşməsi, daha çox ehtiyatda qalması enişinə səbəb oldu.

Nəriman isə “Kolumbus Kryu”da demək olar, gün keçirir. MLS oyunlarında 80-ci dəqiqədən sonra şans qazanan hücumçu fərq yarada bilmir. Kubokda daha çox oynamasına baxmayaraq, burda da məhsuldarlıq yoxdur.

Rüstəm isə hücum xəttində hazırda formada olan tək oyunçu kimi görünür. Çünki oynayır. “Sumqayıt”la hər matçda şans qazanan Əhmədzadənin ümumi məhsuldarlığı isə yaxşı deyil – 35 oyun, 4 qol. Lakin Rüstəmi sadalanan futbolçulardan indiki məqamda daha yaxşı edən əzmkarlığı, oyunlarda qol vurmaq arzusudur. Bəzən komandasının əleyhinə ola bilir, amma yenə də mübarizdir.

Malta və San Marino ciddi rəqib deyil. Dünya futbolunda sıralanan məğlubiyyətləri ilə haqqında danışılan San Marino, iştirak etdiyi turnirlərdə hansısa iddiası olmayan Malta ilə oyunlar hücumçular üçün bir şans olacaq.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 03 İyun 2026 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri